KitabYurdu » Hekayələr » Papatyalı Məktublar


Şeçilmişlər Papatyalı Məktublar

ADI:
Papatyalı məktublar
REYTİNQ:
  • +29
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
82 kb
Sadə lakin xoşbəxt dünyaları olan 3 dostun həyatını birdən-birə dəyişən gizli məktublar və onların yardımına möhtac birisi...
Səhərin sərin mehi otağını havalandırmışdı.Gözünü açdığı zaman bağçalarındakı güllər ona tamaşa edirdi.Anası ertədən durub onları tər-tər otağa qoymuşdu. Qızının onların ətri ilə oyanmağı sevdiyini bilirdi çünki.Bu işi həmişə özündən iki yaş böyük qardaşı Tural edərdi.O həm güllərə,həm də canından çox sevdiyi balaca bacısı İlahəyə çox bağlı idi.Amma cəmi bir ay əvvəl hərbi qulluğa çağırılmışdı.Heç kimə bildirməsə də buna görə ən çox üzülən Papatyam deyə çağırdığı bacısı idi. 
 Artıq yatağını toplamış,paltarlarını geyinmişdi.İndi səhər yeməyinə enəcəkdi.Hər dəfə səhər yeməyində qardaşı ilə yumurta döyüşdürər,udanda da çantasını ona daşırtdırardı.Uduzanda isə bir bəhanəylə cığallıq edərdi.Ya da atası qızının köməyinə çatar və beləcə ata bala bir-birilərinə arxa olardılar.Bircə qardaşı tez qayıdardı. Demək olar hər gün onunla danışırdı.Tam otaqdan çıxırdı ki, mesaj gəldi.Hə, bu mesaj da qardaşından gəlmiş sayılardı belə ki ,mesajı atan uşaqlıqları bir yerdə keçmiş Səid idi.O həmdə qardaşı Turalın ən yaxın iki dostundan biri idi.Digəri isə Anar idi.Və bir mesaj daha bu da təbii ki Anardan.Hər ikisi evdən çıxdıqlarını və onlara gəldiklərini yazmışdı.Bu dörd uşaq bir-birilərinə candan bağlı idilər.Aralarından sadəcə  Tural yaşca fərqlənirdi.Anarla,Səid isə İlahəylə bir sinifdə oxuyurdular.Gələn il isə hamısı məzun olacaqdılar.Bu qızı ən az Tural qədər çox istəyirdilər.Çünki İlahə onlara Turalın əmanəti idi. O gələnə kimi İlahəni hər yerdə,hər zaman qoruyacaqlarına söz vermişdilər.
 Səhər yeməyini bitirdi və otağına çantasını almağa getdi.Geri döndüyündə atası öz balasıkimi sevdiyi bu iki oğlanı söhbətə tutmuşdu.Anarla, Səidgilin bizə niyə gəlib getmədiyindən gileylənirdi.Axır ki, söhbət bağlandı və məktəbə gecikmədən evdən çıxa bildilər.
......