kitabyurdu.org elektron kitab və mühazirə paylaşım portalına giriş yuxarıdakı şəkildə göründüyü kimi sosial şəbəkələr vasitəsi ilə vəya birbaşa saytda qeydiyyatdan keçməklə mümkündür. Qeydiyyatdan keçməklə siz satımızdan tam istifadə hüququ qazanırsınız. Saytada avtorizasiyadan keçdikdən sonra sizdə olan elektron kitabları və mühazirələri saytda yerləşdirərək bütün dünya ilə paylaşa bilərsiniz. Sayta öz istifadəçi adınızla daxil olduqdan sonra aşağıdakı şəkildəki kimi "kitab, mühazirə yerləşdir" böməsinə keçərək istədiyiniz materialı saytda yerləşdirə bilərsiniz.
"Kitab, mühazirə yerləşdir" bölməsinin görüntüsü aşağıdakı kimidir.
1. Başlıq: Yazının başlığı "müəllifin adı kitabın(mühazirınin adı)" şəklində olması məqsədə uyğundur.
2. Kateqoriya: Əlavə etdiyiniz kitabın (mühazirənin) hansı kateqoriyaya aid olduğunu seçin. Siyahını aşağı sürüşdürdükdə kitab və mühazirələrin alt kateqoriyalarını görmək mümkündür.
3. Sorğu əlavə et: Bu düyməyə vurduqda aşağıdakı kimi bir pəncərə açılır. Bu pəncərə vasitəsi ilə siz əlavə etdiyiniz kitab, mühazirə vəya məqaləyə sorğu yerləşdirə bilərsiniz. Sorğu üçün bir başlıq yazdıqdan sonra sualınızı yazırsınız. Suala seçiləcək cavabları ilə "Mümkün cavablar" pəncəsərinsə hər sətrə bir cavab yazılavaq şəkildə yazırsınız. (yəni hər cavabı yazdıqdan sonra "Enter" düyməsinə vurursunuz)
4. Mətn: Bu bölmədə kitab (mühazirə) haqqında məlumat yaza bilərsiniz. Əgrə məqlə əlavə etmək istəyirsinizsə məqalənin tam mətnini bu bölməyə yazırsınız.
5. Kitabın (mühazirənin) adı: Bu bölmədə kitab vəya mühazirənin adını qeyd edirsiniz.
6. Kitabın (mühazirənin) müəllifi: Bu bölmədə kitabın vəya mühazirənin müəllifini qeyd edirsiniz.
7. Kitabın (mühazirənin) şəkli: Bu bölmədə "ŞƏKİL YÜKLƏMƏK" düyməsinə vuraraq kompüterinizdən kitab vəya mühazirə üçün bir üzlük şəkli seçirsiniz.
8. Kitabın (mühazirənin) çap tarixi: Bu bölmədə kitabın çap tarixi vəya mühazirənin yazılma tarixini qeyd edirsiniz.
9. Kitabın (mühazirənin) dili: Siyahıdan kitabın hansı dildə yazıldığını seçirsiniz.
10. Kitabın (mühazirənin) formatı: Siyahıdan kitabın hansı fayl formatında olduğunu seçirsiniz.
11. Kitabın (mühazirənin) seçin: Bu bölmədə "FAYLI YÜKLƏMƏK" düyməsinə vuraraq kopüterinizdən kitab vəya mühazirə faylını seçərək yüklənməsiniz gözləyirsiniz. Faylın maksimum ölçüsü 20 MB ola bilər. Yükləyəbiləcəyiniz mümkün fayl formatları: PDF, EPUB, DOC, DOCX, TXT
12. İstənməyən (spam) yazıların qaşısını almaq məqsədi ilə təhlükəsizlik bölməsində "Mən robot deyiləm" xanasını işarələyərək təsdiqlədikdən sonra yazını göndərmək mümkün olacaq.
Və son olaraq da "GÖNDƏR" düyməsinə vuraraq materialı moderasiya üçün sayta göndərmiş olunsunuz.
Əlavə məlumat:
- Material yerləşdirərkən diqqətli olun. Saytda artıq mövcud olan materialı ikinci dəfə yükləmək olmaz.
- Əlavə edəcəyiniz kitab və mühazirələr rahat oxunulacaq vəziyyətdə olmalıdır.
- Əlavə edəcəyiniz mühazirələr ən az 7 mövzudan ibarət olmalıdır.