Ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru (2012), AMEA-nın professoru (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" (2010) və "Rəsul Rza" mükafatı (2017) laureatı, Prezident təqaüdçüsü (2016-2017), Rusiya Yazıçılar İttifaqının Q.R.Derjavin və M.A.Şoloxov adına beynəlxalq mükafatı laureatı Salidə Şəmmədqızının "Əriyən şam" hekayələr toplusunda ictimai-siyasi, iqtisadi-sosial, milli-mədəni proseslərdə baş vermiş problemlər təhlil edilərək oxucuya çatdırılır.