KitabYurdu » Kitab » Musa Qasımlı, Cavid Hüseynov - Azərbaycanın Baş Nazirləri


Şeçilmişlər Musa Qasımlı, Cavid Hüseynov - Azərbaycanın Baş Nazirləri

Musa Qasımlı, Cavid Hüseynov - Azərbaycanın Baş Nazirləri PDF
ADI:
Azərbaycanın Baş Nazirləri
REYTİNQ:
  • +4
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2.02 MB
Kitabda Azərbaycanın, bəzi xarici ölkələrin arxiv və kitabxanalarında saxlanılan mənbə və ədəbiyyatlar əsasında 1918-ci ildən sonrakı dövrdə Azərbaycanın baş nazirləri işləmiş şəxslərin həyat və fəaliyyəti işıqlandırılmışdır. Kitab dövlət qulluqçuları, siyasətçilər, elm adamları, tələbələr, bütövlükdə, Azərbaycan dövlətçilik tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.
Hörmətli oxucu, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində dərindən öyrənilməsinə ehtiyac duyulan problemlər hələ də qalmaqdadır. Xüsusən, ötən yüzilliyin sonlarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyə etdiyi kimi XX əsr Vətən tariximiz ciddi araşdırılmalıdır. Hətta öyrənilməsi bitmiş hesab edilən bir sıra problemlərə dair yeni tədqiqat işlərinin yazılması da vacibdir.
Ötən əsrdə ilk dəfə olaraq müsəlman Şərqində respublika formasında dövlətin mövcud olduğu 1918-20-ci illərdə, sovet hakimiyyəti illərində, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan hökumətinə başçılıq etmiş şəxslərin bioqrafiyasının tərtib edilməsi, fəaliyyətlərinin geniş oxucu kütlələrinə çatdırılması elmi və siyasi baxımdan əhəmiyyətlidir. Sirr deyil ki, nəinki adi oxucular, humanitar elm sahəsinin adamları, hətta hökumət və qeyri-hökumət strukturlarında işləyənlər Azərbaycanda hökumət başçıları işləmiş şəxslər haqqında kifayət qədər məlumata malik deyillər. Hökumət başçıları işləmiş şəxslərin həyat və fəaliyyətinin işıqlandırılması XX əsrdə və XXI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyinin inkişaf yolunu, bütövlükdə, tariximizin bir hissəsini öyrənmək baxımından aktualdır. Bu kitab həm də tarixdən ibrət almaq, xalqa və dövlətə xidmət etməyin nə dərəcədə vacibliyini gənclərə öyrətmək baxımından da əhəmiyyətli ola bilər. Ona görə də müəlliflər 1918-ci ildən sonrakı tarixi dövr ərzində Azərbaycanın baş nazirləri işləmiş şəxslərin həyat və fəaliyyətini arxiv və digər sənədli materiallar əsasında olduğu kimi, obyektiv verməyi qarşılarına məqsəd qoymuşlar.
Kitabın Azərbaycan dövlətçiliyi tarixinin öyrənilməsində yararlı olacağı inancı ilə xeyirxah qeydlərini söyləyəcək şəxslərə əvvəlcədən təşəkkürümüzü bildiririk.