Oxuculara tanınmış amerikalı mütəxəssis Deyl Karneginin (1888–1955) kitabının tərcüməsini təqdim edirik. Kitabda söhbət kapitalizm şəraitində insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab özündə bir də ona görə maraq ehtiva edir ki, rəhbərlər arasında, eləcə də rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlər haqqında ədəbiyyat ölkəmizdə hələ kifayət qədər nəşr olunmamışdır.
Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir:
1. Sizi zehni dalandan çıxaracaq, yeni fikirlər verəcək, təzə arzulara, yeni məqsədlərə gətirəcək.
2. Asan və tez dost qazanmaq üçün imkanlar açacaq.
3. Populyarlığınızı yüksəltməyə dəstək olacaq.
4. İnsanları öz nöqteyi-nəzərinizə çəkməyə sizə kömək edəcək.
5. Nüfuzunuzu qaldıracaq, sizin təsir etmək gücünüzü, istədiyinizə nail olmaq bacarığınızı artıracaq.
6. Yeni müştərilər, yeni sifarişçilər cəlb etmək qabiliyyəti aşılayacaq.
7. Qazanmaq qabiliyyətinizi gücləndirəcək.
8. İşgüzar keyfiyyətlərinizi yaxşılaşdıracaq.
9. Narahatçılığınızın qarşısını almağa, mübahisələrdən qaçmağa, insanlarla rəvan, lütfkar münasibətlər qurmağa və onları davam etdirməyə kömək edəcək.
10. Sizi daha məharətli natiq, daha maraqlı həmsöhbət edəcək.
11. İnsanlarla gündəlik ünsiyyətdə psixologiya prinsiplərini asanlıqla və azad surətdə tətbiq etməyi öyrədəcək.
12. Əməkdaşlarınız arasında işgüzar entuziazmı yüksəltməkdə və tərəfmüqabillərinizlə səmərəli, işgüzar münasibətlərin qurulmasında sizə kömək edəcəkdir.
Bu, dünyada ən sürətlə satılan kitabdır Yüzlərlə iri kompaniya bu kitabın böyük sayda nüsxələrini işçiləri üçün topdansatış yerlərindən alırdı.
Yüzlərlə pastor bu kitabın məzmunundan öz moizələrində istifadə edib: kilsələrin nəzdindəki bazar günü məktəblərində bu kitab fəsil-fəsil tədris olunurdu.
Niyə? Çünki onda ümumun tələbatı hiss olunurdu. Axı çox sayda dostunun, daha çox nüfuzunun və daha çox uğurunun olmasını hər bir kəs istəyərdi. Kitab insanlara məhz bunda kömək edir. Aşağıdakı sözlər bir görkəmli qəzet icmalçısına məxsusdur: “Bu kitab bizim nəslin təfəkkürünə və fəaliyyətinə dərin təsiretmə gücünə malikdir”.
Ümid edirik ki, bu cildi açmaqla siz təkcə yeni maraqlı kitab deyil, həm də daha zəngin, daha xoşbəxt həyata yolu tapmış olacaqsınız. Bu kitabın baş təyinatı qarşınızda duran problemlər arasında ən böyüyü – gündəlik işlərinizdə, eləcə də insanlarla qarşılıqlı münasibətlərdə adamlara təsir göstərməklə bağlı uğur qazanmaqda kömək etməkdir.
Yaşlı insanların məhz nə öyrənmək istədiklərini müəyyən etmək məqsədilə Çikaqo Universiteti və Amerikanın Yaşlılar üçün Təhsil Assosiasiyası tərəfindən bu yaxınlarda birgə tədqiqat keçirilmişdi. Həmin tədqiqat iki il aparılmış və 25000 dollara başa gəlmişdir. Nəticədə müəyyən olunmuşdur ki, sağlamlığın qorunması problemindən sonra yaşlı adamları ən çox maraqlandıran məsələlər insanlardan necə baş çıxarmaq, cəmiyyətdə necə uğur qazanmaq, özünü adamlara necə sevdirmək və ətraf hadisələrə qarşı insanları öz baxış mövqeyinə necə çəkməkdir.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.