Muasir dövrümüzdə milli oyanışla bağlı olaraq qədim ta-riximizə hədsiz maraq yaranmışdır. Bu maraq nəinki Azərbaycanın tarix elmi, eləcə də onun tərkib hissəsi olan etnoqrafiya elminin inkişaf etdirilməsi üçün təkanverici qüvvə ola bilər. Elmin hərtərəfli inkişafında qədim tariximizin əhatəli şəkildə araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu problem bir sıra məsələlərin ortaya çıxmasında böyük əhəmiyyətə malikdir. Deməli, bizdən çox-çox qabaqkı nəsillərin zəngin irsini öyrənmək etnoqrafiya elminin daha da geniş inkişafını təmin edə bilər.
Tədqiqat obyekti xalq olan etnoqrafiya elminin tərkib hissəsi kimi ailə və ailə məişətinin öz yeri vardır. Bu xüsusda qeyd etmək olar ki, «hər bir bəşər etnosunun mədəniyyəti onun məişətilə qırıl-maz tellərlə bağlıdır. Fikrimizcə, məişət dedikdə, onların gündəlik həyatındakı, yəni həmişə stabil olaraq baş verən gün, il və həyatı boyu ərzindəki şərait, eyni zamanda insanlar arasında yaranan qarşı-lıqlı münasibətlər, onlar tərəfindən maddi və mənəvi tələbatların ödənilməsinə xidmət edən əşyaların istifadə üsulları, insanların özü-nəməxsus davranış qaydaları başa düşülməlidir. Deməli, istehsal, ic-timai və ailə, yaxud ev məişətindən danışmaq olar. Hər bir konkret insan kollektivinin həyatında (hətta qısamüddətli) həmişə məişət tə-rəfi vardır» (7, 175). Bu məişət xüsusən ailə münasibətlərində özünü daha qabarıq əks etdirir.
Qeyd etməliyik ki, ailə problemi ilə nəinki etnoqrafiya elmi, ey-ni zamanda, sosiologiya, psixologiya, tibb, hüquq, demoqrafiya ki-mi sahələr də məşğul olur. S.A.Tokarevin verdiyi məlumatda deyilir ki, bəzi hesablamalara görə 1900-1960-cı illər ərzində təkcə Qərb ölkələrində ailəyə həsr olunmuş 12 min kitab və məqalə dərc olun-muşdur. Ailə və nikahın öyrənilməsi sahəsindəki belə marağın səbəbi nədir? Burada ailə mövzusuna olan yüksək marağın doğurduğu ictimai əhval-ruhiyyənin bilavasitə təsirini inkar etmək olmaz (13,15).
Məlumdur ki, “etnoqrafiya elmi ailə münasibətlərini evlilik-va-lideynlik-qohumluq vəhdətində götürür. O, bu vəhdəti ailənin həyat tərzinin etnik xüsusiyyətləri, adət və ənənələri prizmasından həll edir. Etnoqrafiya ailə məişətinin keçmişdə özünəməxsusluğunu, ailə qanunlarının ötürülməsini, həyat tərzi formalarının çoxsahəliliyini bilavasitə ailənin qurulmasında tarixi-etnik rəngarəngliliyi, böyüklə-rin və kiçiklərin rollarının qarşılıqlı razılaşdırılmasını, qadın və kişi-nin, valideynlər və uşaqların ailədaxili davranış stereotiplərini və s. təhlil və təsvir edir” (14, 22). Əlbəttə burada hər bir xalqın qət etdiyi tarixi inkişaf yolunu və psixoloji baxımdan münasibətini, dəyərləndirmə və yanaşma xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Qafqazın dilbər guşəsində yerləşən Azərbaycan elə bir məmlə-kətdir ki, təbiət gözəlliyi, səxavəti, bolluğu bu torpaqdan əskik etməyib. Bu zənginlik təkcə təbiətin özündə deyil, eyni zamanda in-sanların yaşam tərzində də özünü göstərir. Xüsusən ailə məişəti mə-sələlərində bu daha qabarıq şəkildə özünü büruzə verir. Belə ki, ox-şar mahiyyət daşıyan ailə adətləri ilə yanaşı, müxtəlif bölgələrimiz-də ailə məişəti ilə bağlı icrası bir qədər fərqli olan adət və ənənələ-rin mövcudluğu böyük maraq doğurur. Əsrlərdən bəri süzülüb gələn və əhali tərəfindən həvəslə icra olunan, onların məişətinin bir parça-sı kimi uzun müddət hifz olunaraq qorunub saxlanan o qədər mütə-rəqqi mahiyyət daşıyan adət və ənənələrimiz vardır ki… Zaman-za-man unutmuşuq, bəzən isə adi bir hal kimi qəbul etdiyimizdən fər-qinə varmamışıq, biganə yanaşaraq arxa çıxmamışıq mənəvi sərvət-lərimizə. Lakin unutmamalıyıq ki, keçmişimizə xor baxa bilmərik, çünki o tariximizin bir parçasıdır. Bir də yaddan çıxarmamalıyıq ki, xalqın tarixi təkcə onun hadisələrlə dolu inkişaf mərhələlərində deyil, həmçinin bu günümüzə gəlib çatan adət və ənənələrində də yaşayır. Bu məmləkətdə uzun əsrlər boyu müxtəlif dilə və dinə mənsub olan əhali qaynayıb-qarışmış və bərabər şərtlər əsasında həyatlarını sürdürmüşlər.