KitabYurdu » Kitab » Onun adı Elyanora deyil


Şeçilmişlər Onun adı Elyanora deyil

Onun adı Elyanora deyil PDF
ADI:
Onun adı Elyanora deyil
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
kədərli bir gündü- şeir kimi, söz kimi, payızın sonlarında ağacların oxuduğu bahar nəğməsi kimi. O günü unutmaq istəmirəm mən, çünki unutmaq ölmək, yox olmaqdı. Unutmaq ruhumun intiharıdı. Mən nə üçün yaşayıram.... nə üçün. Bu sualı hər dəfə özümə verəndə duyqulanır, insanların olmadığı bir yerə çəkilib göy üzünə doğru yönəldib baxışlarımı, gözlərimə təslim oluram- ağlayıram doyunca. Yox, yox əslində buna ağlamaq demək olmaz. Bu sadəcə kirlənən arzularımın, ümidlərimin təmizlənməsidir. Axı həkimlər də demirmi, göz yaşının tərkibində elə şeylər var ki, insanın gözlərini, yanaqlarını, hətta barmaqlarını təmizləyir. Bəli, mən göz yaşalarımla təmizləyirəm hər dəfə sənsizliyi. Nə isə mövzudan çox uzaqlaşmayaq. Nə üçün yaşayıram sualına cavab verim. Mən səni unutmamaq üçün yaşayıram. Ən qorxduğum şey səni unutmaqdı... axı bilirəm səni unutmaq mənim ölümüm olacaq, mən səni unutduğum gün öləcəm . Onun üçün unutmaq istəmirəm. Səhv anlama məni. Birdən düşünərsən ki, ölümdən qorxuram. Yox, yox əsla qorxmuram. Səni unutmaq ölümüm olacaq, ancaq bu ölüm başqa ölümlərə bənzəməyəcək. Ayaq üstə olacam bir müddət bəlkə- yeriyəcəm, danışacam, güləcəm. Ancaq nə fayda ölmüş olacam. Mənim ən gözəl anlarım səni düşünərək keçdi, keçir... mənim sevincim sənin üçün acı çəkməkdi. Ürəyimdə bir rəsmin var. Saf, təmiz bir üzünlə  gəlirsən yuxularıma. Sonuncu dəfə səni deyəsən oxuduğumuz ali məktəbin pilləkənlərində gördüm. Mən aşağı düşərkən, sən ərinlə yuxarıya doğru addımlayırdın. Səni başqasının yanında görmək öldürmədi məni. Axı sən mənim ürəyimdə, ruhumda idin. Ürəyimdə kim toxuna billərdi sənə, kim səninilə yanaşı addımlamağa cəsarət edə bilərdi. Bax, onun üçün sakitcə keçdim yanından. Bir daha görmədim səni. Bağışla, səni bu qədər düşünməklə bəlkə də narahat edirəm, səni bu qədər sevməklə incidirəm bəlkə də.... ancaq nə edə bilərəm. Sən ürəyimə hopan bir şeirsən, damarlarımda dolaşan...

Dağların qoynuna sığınmış balaca bir kənd dünyadan uzaqlarda öz qanunları ilə yaşamağa davam edirdi. Məktəbi olsa da şagirdi, müəllimi yoxdu. Bir tərəfi meşə, üç tərəfi isə boz dağlarla əhatə olunmuşdu. Kəndin yaxınlığında isə balaca bir təpə var. Burada yaşayan ən yaşlı insanlar belə bu təpədən haçansa ot bitdiyini görməmişdilər. Onun üçün də çoxlu əfsanələr dolaşır, qaranlıq qarışanda uşaqlar buradan tək keçməyə qorxurdu. Hətta deyilənə görə gecələr cinlər bura yığışıb toy edir, gündüzlər insanların kəsdiyi heyvanların sümüklərini ləzzətlə yeyidilər. Cinlərdən tək uşaqlar yox, elə böyüklər də qorxurdu. Bir dəfə maraqlı bir hadisə baş verdi kənddə. Rayon mərkəzinə bazara gedən Cəfər kişi axşama qaldı. Atını nə qədər bərk sürsə də şər qarışana qədər özünü kəndə çatdıra bilmədi. Daha olan olmuşdu. Geriyə dönmək olmazdı. Məcburən təpənin yanında keçəcəkdi. Cəfərin gecikdiyini görən Aslan bəy ona bir oyun oynamaq fikrinə düşdü. Qoyun otaran çobanların sevimlisi olan tütəyi də götürüb qanlı təpəyə tərəf getdi və sakitcə gözləməyə başladı. Bir saat gözlədikdən sonra kiminsə atla gəldiyini gördü. Bəli, gələn Cəfərdi. Onun qorxudan necə titrədiyini qaranlıqda belə görmək, daha doğrusu hiss etmək olardı. Elə bu zaman Aslan bəy tütəyi çıxarıb yanıqlı bir çoban bayatısı çalmağa başladı. Səsi eşidən Cəfər cinlərin toy elədiyini zənn edib qorxudun atın belindəcə quruyub qaldı. Sahibi qorxsa da at qorxmadı və belindəki ət torbasını qapılarına qədər gətirib çıxara bildi. Bundan sonra bir neçə ay Cəfər qorxusundan danışa bilmədi, sonra dili yavaş- yavaş açılmağa başladı. Bu məsələ də bir qədər sonra unuduldu. Cəfər kəndin ən varlı adamlarından biri idi. Əkinə yararlı torpaqların yarıdan çoxu onun əlində olduğundan kəndiləri qul kim işlədir, heç kimə qarşılıqsız bir qəpik də vermirdi. Bundan əlavə olaraq onun qoyun sürüsü, xeyli mal qarası da vardı. Bu qədər var dövləti olmasına baxmayaraq heç kimsə ona Cəfər bəy deməz, qarşılaşdıqları zaman isə qorxduqları üçün sadəcə bəy deyər, öz aralarında danışdıqları zaman yenə Cəfər olardı. Heç bir dövləti olmayan, öz sadə əməyi ilə yaşayan Aslan isə hər kəs tərəfindən Aslan bəy olaraq çağrılırdı. Bu istər onun yanında, istərsə də o, olmayanda belə idi. Bu hal Cəfəri özündən çıxarsa da, qorxusundan bir şey edə bilmirdi. Aslan bəy mərd, qorxmaz bir insandı. Qırx yaşı olardı təxminən. Başqaları kimi Cəfərin torpaqların işləmədiyi kimi, ac da qalmır, öz halal zəhməti ilə dolanırdı.