KitabYurdu » Kitab » Tural Cəfərli - Söz Adamları


Şeçilmişlər Tural Cəfərli - Söz Adamları

Tural Cəfərli - Söz Adamları PDF
ADI:
Söz Adamları
REYTİNQ:
  • +20
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
1.12 Mb
Bu kitabda Azərbaycanın tanınmış söz adamlarının, yazıçıların, şairlərin, jurnalistlərin müsahibələri yer almışdır. Müsahibələri  tanınmış söz adamlarından  gənc yazar Tural Cəfərli götürmüşdür.  Müsahibələr “Ədalət” qəzetinin şənbə saylarında yayımlanmışdır. Elmi, fəlsəfi, ədəbi-bədii söhbətlərin yer aldığı kitabda bir çox maraqlı suallara aydınlıq gətiririlib. 
Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı şair Aqşin Yeniseydir.
- Son vaxtlar daha çox tərcümə işi ilə məşğul olursunuz. Bu işi görmək hansı zərurətdən irəli gəldi?
- Adamlar arasında olmasa da, dillər arasında söz aparıb, söz gətirmək mənə çox maraqlı gəlir. Eyni ifadənin həm rus, həm türk, həm Azərbaycan, bəzən ingilis, alman, qədim latın dillərində qarşılığını axtarmaqdan bir səyahət zövqü alıram. Yazıçılıq, şairlik mənə görə ədəbi yaradıcılığın ibtidai mərhələsidir, sirlər dövrüdür. Bu işin, mürəkkəb, psxioanalitik dövrü mətnşünslıqla başlayır, yəni mətnin bir canlı kimi tədqiq olunduğu dövr. Mən tərcümələrdə daha çox ədəbi tədqiqatla məşğul oluram və məsələn, gəldiyim nəticə budur ki, bizim həyatımızı idarə edən qədim mətnlərin alt şürumuza ötürdüyü və artıq bizdə mənəvi instinkt halı almış təsbitlərdir. Şəxsi təcrübələrimizdən ibarət olan şüurumuz həyatımızda əhəmiyyətsiz səviyyədə az rol oynayır. Həyatımızı və ölümümüzü təyin edən bütün vacib qərarlar qədim mətnlərdə yazılmış və artıq bizdə bioloji refleks halı almış hazır formullardır. Sevgi, sadiqlik, qəhrəmanlıq, oğraşlıq və s. kimi hisslərin heç biri bizə aid deyil, biz öz hisslərimizə xəyanət edib, qədim mətnlərdə bizim üçün yazılmış klassik rolu oynayırıq. Bir növ, özü içki içən, amma səhnədə axund obrazını canlandıran aktyoruq. Arvadımıza dediyimiz hər xoş söz vaxtilə Yahovanın arvadı Aşeraya dediyi kəlmələrdir.Yaxud şairlərin öz adlarına çıxdığı tənhalıq anlayışı bütpərəstlərin mühasirəsində yaşayan və özünü bütün dünyada ögey, yad hiss edən yəhudi xalqının qədim mətnlərə ötürdüyü və bizim sonradan din kimi qəbul etdiyimiz bir xalqın təklənmiş obrazıdır. Bu mənada mən tərcümə ilə yox, ölü mətnlərin yarılması ilə məşğulam,başımıza gələnlərin səbəbini öyrənirəm. Bu, işin mənə aid olan hissəsidir. Oxucuya aid hissəsi isə budur ki, oxuduğum, bəyəndiyim əsərləri onların da oxumasını istəyirəm.