İnam - ən yaxşı dərmandır. Bütün xəstəliklərin mənbəyi və nəticəsi zehindir. Zehin kirliliyi olmasa xəstəlikllər ortaya çıxmaz. Tək bir sağaltma vasitəsi vardır, o da inamdır. Altşüurunuz həyat kitabınızdır. Bu kitaba hansı düşüncələri, inamları yazsanız, onları da yaşayarsınız. İçəridə nə yazarsanız, bayırda onu yaşarsınız. İnsan bütün gün nə düşünürsə odur. Başqa sözlə, altşüurunuza nə çatdırırsınız, Kainatın ekranında da o ifadə edilir.
Suyun yaddaşı var. Su insanın fikrini, emosiyalarını, sözlərini ötürmək iqtidarındadır. Bütün canlı varlıqlara inkişaf proqramı su vasitəsilə ötürülür. Həyatımızın bütün prosesi quruma prosesidir. İnsan bədəni də hər bir tərəvəz və meyvə kimi çox qaldıqda xarici görkəmini dəyişir, quruyur və qırışır. Bədənimizin 70%-i sudan ibarət olduğu üçün suyun yaddaşından istifadə edərək müalicə almaq mümkündür.
Kainatda insan daxil hər şey enerjidir. Enerji daima titrəşir və tezlik yayır. Beləliklə var olan hər varlığın bir tezliyi var. İnsan bədəninin təbii titrəşmə səviyyəsi saniyədə 300 titrəşmədir. Eyni zamanda bədənimizdəki hər orqanın, hər hüceyrənin də özünə mixsus bir tezliyi var. Fiziki ətrafımızdan gələn bütün mənfi tezliklər hüceyrələrin funksiyasını pozur və tezliyini aşağı salır. Etməmiz gərəkən tək şey hüceyrələrimizin tezliyini yüksəldərək həyatımızı mütamadi olaraq yenilənməsini təmin etməkdən ibarətdir.