KitabYurdu » Kitab » Vasi̇f Əli̇hüseyn - Divara Yazılmış Azadlıq Sözü


Şeçilmişlər Vasi̇f Əli̇hüseyn - Divara Yazılmış Azadlıq Sözü

Vasi̇f Əli̇hüseyn - Divara Yazılmış Azadlıq Sözü PDF
ADI:
Divara Yazılmış Azadlıq Sözü
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
470 Kb
Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi motivləri də önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.
Kamilliyə yiyələnmək üçün vacib olan bəzi keyfiyyətləri qazanmaq cəhdi olmalıdır ki, şəxsiyyət formalaşsın. Bəzən azacıq dəyişməklə həddindən çox nəsnəyə nail olmaq olur. Bəzən ciddiliyin çatışmaması üzündən insanın ən gözəl qabiliyyət və keyfiyyətləri passivləşib məhv olur. Çatışmayan cəhət yaxın adamlar tərəfindən daha çox hiss olunduğundan onların qətiyyəti olmalıdır ki, insanda yumşaq rəftarlılıq yaransın. Bu hal da təmkin nəticəsində əldə edilir. Əgər insan özündə olan nöqsanları dərk edə bilirsə, onlardan yaxa qurtarmağı daha asan olur və nöqsanı düzəltmək cəhdi insanın xasiyyətini dəyişdirib yaxşılaşdırır, dözüm, təmkin formalaşdırır:
-Mənim gözəl anam, mehriban anam,
Kimdi ki, gizlincə döz deyir sənə?!
Sənin ürəyinin genişliyindən,
Yaxın da, uzaq da söz deyir sənə.
Səfeh adamlarla müdrik, ağılsız adamlarla ağıllı olmağın əhəmiyyəti olmadığından hər kəslə onun dilində danışmaq gərəkdir, elə analar kimi. “Ürək genişliyinin”, dözümün ilk öyrədicisi anadır.
Nə qızdan yarıdın, nə də oğuldan, Özgənin balası xeyir gətirdi. Məni də göndərdin qazanc dalıyca, Qayıdıb, gələndə şeir gətirdim. Məqsədə doğru inadla getmək lazımdır. Həm də bu inad işin başlanğıcında bütünlüklə sərf olunmamalıdır. Belə olduqda işi axıra çatdırmaq olmur. Təşəbbüsün dalınca işi axıra çatdırmaq cəhdi olmalıdır ki, insan ilişib yarı yolda qalmasın. Hətta qalib gəldikdən, işi axıra çatdırdıqdan sonra belə kifayətlənmək uğursuzluqdur. Çalışmaq, səbrlə işi axıra çatdırmaq ömrün sonunadək silsilə şəklində davam etməlidir. Səbrsizlik yarımçıqlıqdır:
-Getmədik biz bu yolu da,
bu ömür də dərdə qalsın.
Bu yol da unutsun bizi,
bu yolu əllərdə qalsın.
Bu bir bənddə verilən zəncir şəkilli asılılıq, fikrin bir –birini tamamlaması, “gedilməyən yolda ömrün dərdə qalması”, “Səni unudan yolun əllərdə qalması” bu günün sabaha qalan işi və gələcəyə ismarıcıdır.