Kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuş bu insanlara minnətdarlığımı bildirirəm. Kitabın redaktoru, can dostum, gözəl qələm sahibi, Qarabağ savaşında ön cəbhə olaylarını qələmi ilə işıqlandırmış əməkdar jurnalist Əntiqə Qonağa, Qarabağ savaşında Xanlar könüllü batalyonunda savaşmış Elli Atayurda, uşaqlığını daşnaklar oğurlamış, 11 yaşından əlinə silah alıb Laçını qorumuş Zabux kənd sakini, Sultan bəyin həmkəndlisi Fizuli Ağayevə, kitab yayımının sürətlənməsində fədakarlıq etmiş Birüz Atalıya və Sevinc Mamoyevaya təşəkkürlərimi bildirirəm. Xüsusilə qeyd etmək istərdim ki, kitab yazılan zaman dəfələrlə görüşüb söhbətləşdiyim Laçınlı balası Əli bəy mənə Laçın, Zəngəzur əyaləti, Zabux və o məkandakı hər qaya, daş, dağlar, yaylalar haqda çoxlu sayda əhvalatlar, əfsanələr danışdı. Yazı prosesində özümü Zabux dərəsində hiss etməm məsləhətçimin doğma yurd yerini ürəkdən sevməsi və anlatmasının nəticəsi idi. Tezliklə Zabuxda görüşənədək!
Ermənilər üçün “Böyük Ermənistan” ideyası indiki vəziyyətdə Məqsəd deyil ‐ vasitədir... ‐ Qəsd vasitəsi; kimdənsə nəsə qoparmaq istəyi. Qarabağın azğıncasına, həyasızcasına zəbtini Tarixi Missiya biçimində həyata keçirirlər; quldurluğu “ülviləşdirirlər”. Həmçinin erməni diasporası Qəsd işi üçün pullarını əsirgəmir və bunu yenə də Müqəddəs Məqsədə xidmət kimi qələmə verir. Həmçinin “Yazıq erməni” ideyası da humanizm pərdəsi altında Qəsdə bəraət qazandırır. Bir sözlə, mundar əxlaqsızlıq tüğyan edir və bu baxımdan erməniylə döyüş – həm də əxlaq, insani ləyaqət uğrunda döyüşdür. Erməni həm də köhnə müsəlman “geriliyi”nə, “zəifliyi”nə bel bağlayırdı: öz “Aliliyi”ni və azərbaycanlının “Adiliyi”ni xəyalında cəfəngcəsinə uydurmuşdu: deyəsən hələ də buna inanır. Qarabağ uğrunda döyüş hələ başlanmayıb – başlan‐ malıdır!