KitabYurdu » Kitab » Şərqiyyə Axundova - Bir sabah oyandın ki


Şeçilmişlər Şərqiyyə Axundova - Bir sabah oyandın ki

Şərqiyyə Axundova - Bir sabah oyandın ki PDF
ADI:
Bir sabah oyandın ki
REYTİNQ:
  • +22
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
2 mb
Dəyərli Oxucular! Kitablarda lazımsız ön sözləri mən də sevmirəm. Odur ki, səmimiyyətimlə bir iki cümlə sizinlə paylaşmaq istəyirəm. Mən çox kiçik yaşlarımdan bəri yazıram. Qələm mənim ən yaxın dostumdur. Ümid edirəm ki, yazdığım sətirlərdə özünüzü tapacaqsınız. Kitablarda sevdiyimiz, özümüzü tapdığımız cümlələrin çox vaxt altını qaralayırıq. Dənizin hekayəsi çoxunuzun həyat hekayəsinə yaxındır bəlkə də... Bəlkə də hansısa məqamlarda eyni acıları siz də yaşamısınız. Sevgini hər kəs başqa cür anlayır. Hər kəsin sevgiyə baxışı müxtəlif ola bilir. Mən sizə sevginin ən saf halını Dənizin timsalında ifadə etməyə çalışmışam. "Bir sabah oyandın ki..." mənim oxucularla ikinci görüşümdür. Ümid edirəm ki,yazdığım sevgi hekayəsi və şeirlər ürəyinizə yatacaq.
Dəniz ağır-ağır addımlarla otağına doğru getdi. Anasının "necə keçdi günün?" kimi suallarına ayaqüstü, tələsik cavab verib, özünü bir an öncə çarpayısına atdı. Gözlərində yorğunluqla bərabər bir kədər var idi. İllərin gözlərində amansızca yığdığı o kədər... Kimsə ilə paylaşmağa qıymadığı duyğuları üzərində ağırlıq yaratmışdı. Ağırlıq göz qapağlarından asılan yuxu kimi idi. Nə yata bilirdi, nə də bu yorğunluğu üzərindən ata bilirdi. O çarəsiz idi. Çarələrin ən çox tükəndiyi vaxtda sığınacaq yalnız bir kəsi var idi. Özü...
Bir sabah oyandın ki... 7 Gəlin sizə ilk öncə biraz Dənizdən bəhs edim. Dəniz evin tək qızıdır. Dəniz kimi mavi gözləri, sarışın bənizi vardı. Atası adını gözlərinin rənginə görə Dəniz qoymuşdu. O Dənizi çox sevən kasıb bir balıqçı idi. Hər səhər dənizə yelkən bağlayırdı. Gecələr evə üst-başı dəniz qoxan,əlində balıq vedrələriylə gələrdi. Dəniz kasıb bir ailənin ilk göz ağrısı, sonsuz ümidi idi. Bir gün həmişəki kimi dənizə yelkən bağlamış atası bir daha o sahilə geri qayıtmır. Dənizdə batdığını düşünüb Dəniz, Dənizin anası Gülnar xala onu çox axtarır. Dəniz hər gün eyni sahildə oturub onun yolunu gözləyirdi. Ümid ən sonda tükənir deyirlər onların ümidi isə heç tükənmirdi. Bir gün isə onun sağ - salamat başqa bir şəhərdə özünə ailə qurduğunu öyrənirlər. Bu Dəniz üçün də Gülnarə xala üçün də böyük zərbə idi. Onun yolunu gözləyən ailəsini bir dəfə belə nə axtarıb nə də soruşmamışdı. Gülnar xala Dənizi nə əziyyətlərlə böyüdüb boya-başa çatdırmışdı. O artıq iyirmi yaşında gənc qız idi. Dəniz çox sadə olsa da bir o qədər də gözəl qız idi. Uşaqlıqda hətta nə zaman anası Dənizi gəzməyə çıxarsa mütləq Dənizin başına nəsə hadisə gəlirdi. O mütləq ya yıxılırdı, ya da əzilirdi. Gülnar xala təəssüflə "göz dəydi gözəl qızıma" deyirdi. Dəniz gözəl olduğu qədər də savadlı, ağıllı qız idi. Sırf anasını məmnun etsin deyə filologiya fakültəsinə qəbul olmuş, öz arzularından uzaqlaşmışdı. Fransa xəyalları ilə yaşayırdı. Paris arzularının şəhəri idi.