Deməli, bir cəmiyyətdə qonşu-qonşunu,qohum-qohumu saymadığı halda və insanların yadlaşması,biganəlik hallarının çoxalması göstərir ki,artıq cəmiyyət tənəzzülə uğrayıb. Yoxsul və zənginlərin niyyətləri bərabərləşsin deyə saf və sağlam bir cəmiyyətin yaranması zəruridir.Saf və sağlam cəmiyyətin yaranması üçün də gərək insanlar yəni hər bir fərd, digər bir fərdlə mehriban və səmimi ünsiyyət qurmalıdır.
İnsanların bir-birinə yadlaşdığı bir vaxtda, hətta qohumlarında bir-birinə yad olması o deməkdir ki, cəmiyyət getdikcə tənəzzülə uğrayır. Tənəzzülə uğrayan cəmiyyətdə isə sağlam ailələrin mövcud olmasi qeyri mümkündü. Qohumların yadlaşması və yaxud qonşuların bir-birilərini tanımaması cəmiyyətdə olan hadisələrin ailələrə pis təsir etməsindən irəli gəlir. Cəmiyyətdə olan fərdlərin birbirilərinə qarşi soyuq münasibət bəsləməsi, çox vaxt keçmişdə olan ədavətlərlə və yaxud paxıllıq, həsəd, kin-küdürətdən irəli gəlir. Burda yoxsulluq və yaxud zənginlikdə böyük rol oynayır. Məsələn: Bəzən bir qohumun zəngin, digər bir qohumun yoxsul olması ədavətə yol açan mənbələrdən sayıla bilər. Buda yenə nəfsi istəklərin məcradan çıxmasına səbəb olur. Nəfsi istəklər nəticəsində fərdlər getdikcə yadlaşır, isti münasibətlər soyuq münasibətlərə çevrilir. Deməli, bir cəmiyyətdə qonşuqonşunu, qohum-qohumu saymadığı halda və insanların yadlaşması, biganəlik hallarının çoxalması göstərir ki, artıq cəmiyyət tənəzzülə uğrayıb. Yoxsul və zənginlərin niyyətləri bərabərləşsin deyə saf və sağlam bir cəmiyyətin yaranması zəruridir. Saf və sağlam cəmiyyətin yaranması üçün də gərək insanlar yəni hər bir fərd, digər bir fərdlə mehriban və səmimi ünsiyyət qurmalıdır. Necə ki, Allahın Peyğəmbəri (ə) buyurub: ”Qohumun səninlə əlaqəni kəssə də, sən onunla əlaqəni qırma”. Sonra cəmiyyətdə sağlam mühütün formalaşması üçün yenə də, ilk əvvəl elmin inkişafı və əxlaq normalarının qaydaya düsməsi mütləq vacibdi. Əxlaq normalarına gəldikdə isə, bəzi fərdlərin cəmiyyətdə doğru və düzgün olmayan hərəkətləri (yəni əxlaqla ziddiyyət təşkil edən hərəkətlər) 4 cəmiyyətdə olan digər fərdlərə öz təsirini göstərmiyə bilməz. Çox vaxt nəfsi istəklərin həddi aşması, bəzən fərdlər arasında böyük problemlərə, cinsi xəstəliklərə, cəmiyyətə gəldikdə isə qınaq obyektinə səbəb olur. Cəmiyyətin və cəmiyyətdə mövcud olan fərdlərin özlərini islah etməsi mütləq vacibdir. Bu barədə İmam Əli (ə) buyurub: ”Kim özünü islah etməsə, çirkin adətlər onu rüsvay edər”. Bundan əlavə İmam Əli (ə) yenə buyurur: ”Kim nəfsin istəyinə tabe olsa, bu istək onu kor, kar, xar edər və azdırar”. Cəmiyyətdə olan bütün fərdlər yalnız nəfsi istəklərdən uzaq olsa, əxlaq normalarına zidd olan hadisələr törənməz, ən azından cəmiyyətdə yaşayan bütün fərdlərin hüqüqları pozulmaz və sağlam cəmiyyət yarana bilər.