Qarabağla bağlı əsər yazmaq ağlıma da gəlməzdi, taki səbəbkarları bu dünyadan köçənədək.
Kitab ilk növbədə generalımız olmaqla bayraq üçün canından keçən bütün şəhidlərə həsr olunur. Hörmətlə və ehtiramla..
"42" kitabı müəllifin ilk kitabıdır. Kitaba daxil edilən roman son illərdə xalqımızın yaşadığı Qarabağ problemindən, Topxana meşəsi ətrafında baş verən hadisələrdən bəhs edir. İncə duyğularla yaradılmış personajlar oxucuda həyəcan yaratmaqla yanaşı, eyni zamanda, çox maraqlı sonluqla yekunlaşır.
İnanırıq ki, kitab oxucular üçün maraqlı olacaq.
Kitabda cərəyan edən hadisələr təmsili xarakterli olmasına baxmayaraq, Doğma Azərbaycanımızın Topxana meşəsində baş verənlər, mənfur erməni daşnaqları tərəfindən məhv edilməsi, orada yaşayanların öz yürd yuvalarından didərgin salınması oxucuda vətənin bir kiçik hissəsində nələrin baş verməsini xatırladır.