KitabYurdu » Kitab » Atalar sözləri, Adət ənənələrimiz və Müqəddəs Qurani Kərim


Şeçilmişlər Atalar sözləri, Adət ənənələrimiz və Müqəddəs Qurani Kərim

Atalar sözləri, Adət ənənələrimiz və Müqəddəs Qurani Kərim PDF
ADI:
Atalar sözləri, Adət Ənənələrimiz və Müqəddəs Qurani Kərim
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
1.15 mb
Tədqiqatın  elmi  yeniliyi.  Respublikada  ilk  dəfə olaraq  “atalar  sözləri”  metod  kimi  tədqiq  edilmiş  və sxemləşdirilmişdir.  Azəri  və  dünya  xalqlarının  “atalar sözləri”nin    eyni  mənbədən  qaynaqlanmağı,  müəllifinin kimliyi  və  Qurani  Kərimin  ayələri  ilə  üst-üstə  düşməsi öz  təsdiqini  tapmışdır.  Müxtəlif  xalqların  eyni  bir  xalqın ayrılmış  “qolları”  olması  sübuta  yetirilmişdir.  İrsi adətlərin özündə  Tanrının  hökmlərini  yaşatması təsdiqini  tapmışdır.  “Atalar  sözləri”nin  və  “adətlərin” bəşəri  dəyərə  malik  olması  sübut  olunmuşdur.  “Atalar sözləri”  və  “adətlərin”  gənc  nəslin  formalaşmasına birbaşa  təsiri  öyrənilmişdir.   Tədqiqatın  nəzəri  əhəmiyyəti.  Tədqiqat  işində bəşəriyyətin  gənc  nəslinin  humanist,  mədəni  və demokratik  ruhda  tərbiyə  olunmasına  xidmət  edən dəyərli  ideyalar  öz  əksini  tapmışdır.  Yer  kürəsində yaşayan  xalqların  dinc,  yanaşı  yaşamasına,  sülhün bərqərar  olunmasına  və  təbii  sərvətləri  qarşısına bölüşdürmək  istiqamətində  geniş  imkanlar  açır.  Ən  əsası tədqiqat  işi  real  həyatın  dərk  olunmasına  xidmət  edir. Tədqiqatın  praktik  əhəmiyyəti  ondan  ibarətdir ki,  tədris  prosesində  istifadə  edilə  bilər.  Gənc  nəslin formalaşmasına, milli münaqişələrin aradan qaldırılmasına,  yer  üzündə  sülhün  bərqərar  olunmasına və  insanları  Tanrının  doğru  yoluna  dəvət  edilməsinə kömək  edə  bilər.   Tədqiqatın  nəticələrinin  tətbiqi  və  təbliği. Tədqiqat  işi  bəşəri  dəyərə  malik  olduğuna  görə  irəli sürdüyümüz  təklifi  dünya  səviyyəsində  təbliğ  etmək mümkündür.  Bunun  üçün  televiziyanın  və  internetin imkanlarından  istifadə  etmək  olar.  Araşdırmalarımızı ədəbiyyat  fənninin  tədrisi  zamanı  tətbiq  etmək  məqsədə uyğundur.  Gənc  nəslin  insani  keyfiyyətlərə  malik şəxsiyyət  kimi  formalaşmasına  və  həyatı  biliklər  əldə etməsinə  nail  olmaq  üçün  istifadə  etmək  olar.  Dünya əhalisinin maariflənməsinə  xidmət  edər.  Xalqlar arasında milli münaqişələrin yatırılmasında, müharibələrin  dayandırılması  və  sülh  sazişi  imzalanması məqsədinə  nail  olmaq  üçün  istifadə  etmək  olar.   Tədqiqatın  quruluşu:  Tədqiqat  giriş,  iki  fəsil, nəticə,  təklif  və  kitabiyyatdan  ibarətdir.