AZƏRBAYCAN RESPUBLIKASI FÖVQƏLADƏ HALLAR NAZIRLIYI
SƏNAYEDƏ İŞLƏRIN TƏHLÜKƏSIZ GÖRÜLMƏSI VƏ DAĞ-MƏDƏN NƏZARƏTI DÖVLƏT AGENTLIYI
1.1.1. “Neft, qaz və neftkimya sənayesində təzyiq altinda işləyən tutumların quruluşu və təhlükəsiz istismar Qaydaları” (daha sonra mətn üzrə Qaydalar) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni layihələndirilən, tikilməkdə olan, yenidənqurma işləri aparan və fəaliyyət göstərən neft, qaz və neftkimya sənayesinin müəssisələrinə, təşkilatlarına və obyektlərinə (təşkilati-hüquqi statusundan və mülkiyyət formasındqan asılı olmayaraq), o cümlədən elmi-tədqiqat və layıhə institutlarına şamil edilir.
Bu Qaydalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neftkimya sənayesində izafi təzyiq altında işləyən tutumların, sisternlərin, çəlləklərin, balonların, barokameraların (daha sonra mətn üzrə “tutumların, sisternlərin, çəlləklərin, balonların, barokameraların” yerinə “tutumlar”) layihələndirilməsinə, hazırlanmasına, quraşdırılmasına, yenidən qurulmasına, işə salınmasına, təmirinə, texniki diaqnostikasına və istismarına aid tələbləri müəyyən edir.
Tutumların quraşdırılmasına və təmirinə olan tələblər analoji olaraq onların hazırlanmasına olan tələblərlə eynidir.