KitabYurdu » Kitab » "Kod adı: Oyanış" - Barat Əlizadə (Sənədli / Elmi ədəbiyyat)


Şeçilmişlər "Kod adı: Oyanış" - Barat Əlizadə (Sənədli / Elmi ədəbiyyat)

"Kod adı: Oyanış" - Barat Əlizadə (Sənədli / Elmi ədəbiyyat) PDF
ADI:
"Kod adı: Oyanış"
REYTİNQ:
  • +85
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
1.1 mb
"Bu kitab keçmişdə öyrəndiyiniz bir çox mövzunun gerçəkliyinə şübhə etməyi öyrətmək məqsədilə yazılmışdır. Kitabı oxuduqca, doğulduğunuzdan bəri böyük bir yalanın ortasında böyüdüyünüzü öyrənəcəksiniz. İlk dəfədən beyniniz kitabdakı fikirlərə etiraz edərək öz komfort zonasından çıxmaq istəməyəcək. Ancaq kitabı oxuyarkən eqonuzu kənara qoya bilsəniz, ömür boyu sizi manipulyasiya edən bu sistem, bir daha sizə güc gələ bilməyəcək. Belə ki, onların qarşısına qoyacağınız tək silah, bu kitabdakı oyanışınız olacaq…"
barat_alizadeh_official
Ümid edirəm, kitabım gələcək nəsillər başda olmaqla biləvasitə sizin üçün də böyük oyanışlara vəsilə olar! 

Xoş mütaliələr!
"Xəyalpərəst" və "Kod adı: Oyanış" adlı kitabların müəllifi
  • 27 may 2022 22:56
  • Status: İstidafəçi xətdə deyil
Fuad Aliyev
Boş, heç bir elmi əsası olmayan cəfəng məlumatlarla dolu "kitab"
  • 3 sentyabr 2022 11:39
  • Status: İstidafəçi xətdə deyil
barat_alizadeh_official
Fuad Aliyev, fikrinizi bildirdiyinizə görə təşəkkür edirəm!  
"Xəyalpərəst" və "Kod adı: Oyanış" adlı kitabların müəllifi
  • 3 sentyabr 2022 23:25
  • Status: İstidafəçi xətdə deyil
Elçin İbrahimli
Mən "Oyanış" kitabını oxudum. Çox möhtəşəm, faktlarla, mənbələrə istinad edərək yazılıb. Bu kitabı yazmaq üçün çoxlu kitablar, məqalələr, araşdırmalar apararaq yazılıb. İndiki zamanda belə kitab yazmaq çox çətindir. Bir daha uğurlar, Barat bəy!

Kod adi: Oyanis kitabi mene bir cox dogru bildiyimiz yalnislar haqqinda yeniden dusunmeye komek oldu. Araşdirdiginiz melumatlari o qeder aydin ve genis sekilde yazmisiniz ki, boyuk bir maraqla bir nefese oxudum. Ve sozun esl menasinda artiq "oyan"dim. Bu kitabi yazaraq siz, biz insanlar ucun boyuk bir yaxsiliq etmis oldunuz. Bu kitabdan bir cox insanin yararlanmasi ucun calisacam. Bir daha tesekkurumu bildirem!

Kitabın yazılış qaydası, araşdırılan məlumatlar və analizlər o qədər gözəldir ki, bu yatmış cəmiyyətdə insanları oyatmağa çalışmaq hər halda indiki zamanda insanlıq borcudur. Hərçənd, bu kitabı indiki saxta elmə maraq duyan "düşünməz insanlar"ın anlamasını gözləyə bilmərik. Çünki, gözəl bir söz var: "korların ölkəsində "görmək" böyük bir xəstəlik sayılır". Bu qədər korların arasında görməyi bacara bildiyiniz üçün sizə çox təşəkkür edirəm!
  • 4 sentyabr 2022 09:16
  • Status:
barat_alizadeh_official
Elçin İbrahimli, təşəkkür edirəm, kitabıma verdiyiniz dəyərə görə! Gözəl sözləriniz üçün ayrıca minnətdaram. Yazılan çox kitablar insanlarda belə gözəl izlənimlər buraxmır, buna görə özümlə ayrıca qurur duydum!

Təbii ki, kitabı bəyənməyənlər olacaq, bu mənada, reytinqin yaxşı olmasını gözləyə bilmərəm. Çünki, insanların inandığı və zərbə aldığı, ancaq zərbə almadığına, onun sayəsində var olduqlarına inandığı hal-hazırdakı saxta elmə qarşı kəskin fikirlər önə sürmüşəm. Pandemiya və vaksinə qarşı belə araşdırma təbii ki, peyvənd olunmuş bir çox insanı narahat edəcək. Hərçənd, ümid edirəm ki, insanlar, dünyadakı yalanları özlərinə bir zərər dəyməzdən əvvəl anlayarlar, əks halda, yazdığım kitab heç bir insanda işə yaramayacaq. 

Bu mənada, kitabın sizdə işə yaradığına sevindim. Həyatınızda bol şanslar! 
"Xəyalpərəst" və "Kod adı: Oyanış" adlı kitabların müəllifi
  • 20 sentyabr 2022 07:43
  • Status: İstidafəçi xətdə deyil
Gül Aliyeva
Bu dövrdə bütün haqsızlıqlardan xəbəri olan,  belə oyanmış insanları çox az yerdə görmək olar. Həqiqətən anlayıram ki, bütün yatmışları oyandırmağa "bir tək oyanmış" yetər! Uğurlar, Barat bəy! 
  • 20 sentyabr 2022 16:58
  • Status:
barat_alizadeh_official
Oxuyucular üçün kiçik bir xatırlatma:

Kitabın mövzusu ilə maraqlananlara bu haqda bir az məlumat vermək istərdim. Bu kitabda, "pandemiya" adı altında bizə gətirilmək istənən yeni bir nizamdan bəhs etmişəm. Bu, köləlik mədəniyyətidir. O cümlədən, "vaksin" adı altında insanlara yeridilən zəhərlər və haqqında sıxca bəhs edilən üçüncü dünya müharibəsi ilə bağlı kitabda geniş fikirlər var. Elmi mövzular, o cümlədən dünyanın gerçək forması, bunun gizlədilmə səbəbləri, kürə dünyanın ortaya atılmasının məqsədi və dünyanın düz olduğunun elmi sübutları da bu kitabın diqqətə dəyər mövzularındandır.

Bir "skeptik" ("şübhəçi" və ya "araşdırmaçı") olaraq, yazdıqlarımın gerçək olduğunu iddia etmirəm. Mən, doqmatik olmayan bir tərzdə, hər şeyi sadəcə mənə göründüyü şəkli ilə yazmağa cəhd etmişəm. Bunun üçün xeyli kitab, bilgi, məqalə və araşdırmalardan istifadə etmişəm.

Ancaq başa düşürəm ki, dünyanın hal-hazırdakı düzəninə qarşı bu cür etiraz şəkli bir çox insanı qıcıqlandıra bilər və onlar bu fərqli elmi araşdırmama qarşı mənə kəskin tənqidi fikirlər irəli sürə bilərlər. Ancaq tənqid etmək istəyən şəxslər mümkünsə kitabı axıra qədər oxuyub, nə anlatmaq istədiyimi anladıqdan sonra şərh bildirsinlər. Çünki, kitabı oxumadan və mənasını anlamadan edilən tənqidi fikir tənqid olmaqdan çıxar və boş bir iddiaya dönüşmüş olar. 

Əsas məqsədim, bütün dünyada gedən ədalətsiz proseslərə qarşı insanlarda azacıq şübhə duyğusu yaratmaq və onları gələcək təhlükələrdən, o cümlədən, gələcək pandemiyadan və onlara zərər verə biləcək vaksinlərdən qorumaqdır. Əgər ki, bunu bacara bilsəm, özümü insanlıq vəzifəmi layiqincə yerinə yetirmiş biri saya bilərəm. Yazdıqlarıma inanmayıb bu mövzular barəsində araşdırma etməmiş, heç nədən şübhələnməmiş və hələ də "yatmış" kəslərin isə, yolu açıq olsun! 


Diqqətinizə görə, minnətdaram!
"Xəyalpərəst" və "Kod adı: Oyanış" adlı kitabların müəllifi
  • 21 sentyabr 2022 12:45
  • Status: İstidafəçi xətdə deyil
kenan_1808
Çox dəyərli kitabdır.. Dəyəri böyük ehtimal bir neçə il sonra daha çox anlaşılacaq!
  • 22 sentyabr 2022 20:36
  • Status: İstidafəçi xətdə deyil
Fuad Aliyev

Buyrun, həqiqi elmi açıqlayın biz də bilək. Elm nədir? Siz bu sualıma cavab verin hələ?
Camaatı cahil yerinə qoyduğunuz bəs deyil, hələ utanmadan elmi məqalələrdən istifadə etdiyinizi yazırsız. İstifatə etdiyiniz "mənbələrin" heç biri elmi status daşımır. Unutmayın ki, cəfəng fikirlərinizi "saxta elm"in məhsulu ilə yazırsınız.
Elmi cavabınız varsa buyrun!

Elçin İbrahimli,
elm nədir? Siz bu sualın cavabını araşdırın hələ...
 Elmə saxta deməklə öz əsassız fikirlərinizi sırıya bilməzsiz.
  • 23 sentyabr 2022 17:28
  • Status: İstidafəçi xətdə deyil
by_gulinka
Ən başından covid deyilən xəstəliyə inanmadım. Son iki ildə iki dəfə ağır xəstələndim, ikisi də öncəki ildəki xəstəliklər kimi adi qrip idi. Ətrafım sanki psix olmuşdu, ailəmi inandıra bilmədim ki bu adi qripdir. Gedib peyvənd oldular, ancaq məndən daha pis xəstələndilər. Tam doza olanların çoxusunda da peyvəndin uzunmüddətli təsirləri hələ bilinmir. İnşallah bir şey olmaz heç kimə! 
Deməyim odur ki, yazdıqlarınızda çox həqiqət var, Barat bəy! Yazdığınız bir cümlə belə yersiz deyil və qızıl qədər dəyərli biliklər var bu kitabda. Görə bilən insan özü üçün şübhə qapılarını açar və dünyanı kimlərin nə cür idarə etdiyini anlayar. 
  • 25 sentyabr 2022 18:38
  • Status: İstidafəçi xətdə deyil
Vüsal Eyyub
Kürə dünyanın məntiqsizliyini, elmin təcrübə demək olduğunu sübut edən bir kitab. Bir şeyi ki təcrübə edə bilirsən, demək ki o gerçək elmdir. Yoxsa oturduğun yerdən günəşin uzaqlığını 150 milyon km olduğunu iddia et, bunun təcrübəsini keçdim, modern elmdə bunun sübutu belə yoxdu. Keçən dəfə bir alim bir ispanyol kolbasasını yeni bir planet kimi təqdim etmişdi. Sonra da çıxdı etiraf elədi ki, bir alim də sizə nəsə desə ona şübhə edin. Ancaq elmi gerçək elm hesab edən cahillər dünyanın düz olduğunu düşünənlərə cahil deyir. Kim cahildir burada? Bütün keçmiş biliklərinə xətt çəkib zəhmətli bir araşdırmaya girişənlərmi, yoxsa nə deyirlərsə tutuquşu kimi təkrar edən insanlarmı? İkincilər ilk öncə öz alimlərinin dediyi kimi, öz inandıqları alimlərə şübhə etməklə başlasınlar işə.
Bu yolda irəliləməyə davam edin, Barat bəy! Arxanızdayıq. Uğurlar! 
  • 25 sentyabr 2022 18:44
  • Status: