KitabYurdu » Kitab » AZӘRBAYCAN DİNİ-FӘLSӘFİ VӘ İCTİMAİ-SİYASİ FİKİR TARİXİNDӘ SOSİAL UTOPİYA VӘ ӘDALӘT PROBLEMİ


Şeçilmişlər AZӘRBAYCAN DİNİ-FӘLSӘFİ VӘ İCTİMAİ-SİYASİ FİKİR TARİXİNDӘ SOSİAL UTOPİYA VӘ ӘDALӘT PROBLEMİ

AZӘRBAYCAN DİNİ-FӘLSӘFİ VӘ İCTİMAİ-SİYASİ FİKİR TARİXİNDӘ SOSİAL UTOPİYA VӘ ӘDALӘT PROBLEMİ PDF
ADI:
AZӘRBAYCAN DİNİ-FӘLSӘFİ VӘ İCTİMAİ-SİYASİ FİKİR TARİXİNDӘ SOSİAL UTOPİYA VӘ ӘDALӘT PROBLEMİ
REYTİNQ:
  • 0
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
İnsan cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana gəlmiş və onun qanunauyğunluqlarını özündə əks etdirən ədalət və ədalətli cəmiyyət ideyası bəşər ictimai-siyasi və dini-fəlsəfi fikrinin ən mühüm elementlərindəndir. Bu ideya insan cəmiyyətinin, birinci növbədə, onun yoxsul və hüquqları tapdanmış təbəqələrinin mənafeyini təmsil edib, konkret ictimai tələbatı ödəməyə yönəlmiş müxtəlif tarixi mərhələlərdə meydana gələn utopik təlimlərin sosial idealının ifadəsidir. İnsanların xoş həyat və səadət arzusu, onun ifadəsi olan sosial ədalət uğrunda mübarizə tarixi bütövlükdə bəşəriyyətin sosial fikrinin tədqiqi üçün qiymətli materialdır. Həm də bu yolda mübarizə aparanlar bir qayda olaraq, cəmiyyətin mütərəqqi qüvvələri olmuş və bu mənada da ədalət, bərabərlik, insan haqları uğrunda mübarizə irtica, istibdad və avtoritarizmlə mücadilənin ayrılmaz elementidir. Xalq kütlələrinin ədalətə olan tələbatı, onun zəfərinə inamı həm də cəmiyyətdə hökm sürən ədalətsizliyə, hüquq pozuntularına, hakim zümrənin zülmünə, avtoritarizm və diktatura rejimlərinə qarşı protestin ifadəsidir. Bu protest tarix boyu müxtəlif sosial təlimlərdə, eləcə də sosial utopiyalarda onların əsas elementi kimi nəzəri formada ifadə edilmişdır. Ədalətin xüsusi bir növü sosial ədalətdir, subyektləri böyük sosial qruplar, bütövlükdə cəmiyyət və insanlıqdır. «Sosial ədalət - sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalət və ədalətli münasibətlər anlayışıdır. Qərbdə olduğu kimi, köhnə Asiya mədəniyyətlərində də sosial ədalət anlayışı çox vaxt fərdlərin ictimai rollarını yerinə yetirmələrini və cəmiyyətdən lazım olanı almalarını təmin etmək prosesinə istinad etmişdir. Sosial ədalət uğrunda cari qlobal hərəkatlarda əsas diqqət sosial hərəkətlilik üçün maneələrin qırılmasına, təhlükəsizlik şəbəkələrinin yaradılmasına və iqtisadi ədalətə yönəldilmişdir» (33). Qeyd edildiyi kimi, sosial utopiyaların əsas elementi, onların başlıca prinsipi olan ədalət anlayışı öz ifadəsini bu təlimlərdə irəli sürülən sosial idealda tapmışdır. Məhz sosial idealın həyata keçirilməsi, gerçəkləşdirilməsi bütün ictimai hərəkatların əsas qayəsi olmaqla yanaşı, onların mütərəqqi inkişafının da başlıca göstəricisi idi. Bu baxımdan ədalət probleminin elmi tədqiqi böyük aktuallıq, həm də nəzəri və idraki önəm kəsb etmiş olur. Hər bir xalqın tarixi, xüsusilə onun məzlum təbəqələrinin sosial ədalətin bərqərar olduğu cəmiyyət qurmaq üçün mübarizəsi tarixi ümumiyyətlə bəşər ictimai fikrinin tədqiqi üçün qiymətli material verir, müasir dövrdə despotizm və avtoritarizm qüvvələrilə ideoloji mübarizədə də xüsusi əhəmiyyət kəsb edir. Ədalət və xüsusilə sosial ədalət problemi, bütün zamanlarda olduğu kimi, indiki vaxtda da öz aktullığını saxlamaqdadır. Bu problem təkcə ayrı-ayrı dövlətlərin daxili işli olmayıb, həm də və birinci növbədə, beynəlxalq münasibətlərdə də önəmli yer tutur. Son dövrdə dövlətlərarası münasibətlərin ədalətlə və qarşılıqlı fayda əsasında nizamlanması üçün önəmli beynəlxalq sənədlər qəbul edilməsi dünya ictimaiyyətinin problemin ciddiliyini dərk etdiyini göstərir. Bu sırada BMT xəttilə müxtəlif vaxtlarda və səviyyələrdə həyata keçirilən və bir qayda olaraq sosial ədalətin və insan haqlarının təmin edilməsinə yönəlmiş tədbirləri ayrıca qeyd etmək olar (4, 82, 83, 84, 97 və 115).