Ağaməli Ədiloğlu əzəmətli və məğrur dağlarımızın ruhunu oxşayan, dilman şəlaləsi kimi çağlar şairdir. O, qəlbən pak, təmiz, insani keyfiyyətlərlə zəngin bir şəxsiyyət olduğu üçün ilahi varlığa iman gətirən
44Quran” əhlidir. Deyirəm, bəlkə də ona bu sadiqliyinə görə Allahımız şairlik təbini hədiyyə edib. Elə bu səbəbdən də Ədiloğlunun üç fəsildən ibarət olan “Təfəkkürnamə” kitabının birinci fəsli ürfani şeirlər və ilahi vəsflərlə başlayır. Bəşər övladları Tanrının qüdrətinin, mərhəmətinin şəffaf reallığına beyyət etməyə səsləyir. Şair Allahın qüdrətinə iman gətirmək istəməyən, fərdi şan-şöhrətinə güvənib özünü Allah kimi qələmə verən Harun, Nəm- rud, Firon və Şəddad kimi allahsızların son aqibətini əsərlərində bir əyani vəsait kimi bəşər övladma nümunə göstərərək deyir.
Neçə şahlar Allah kimi elan etdi özünü,
Diri-diri oda atdı İbrahimtək (ə) yüzünü.
Bildin necə o, şahların kim itirdi izini?
Nə Firon var, nə Nəmrud var, nə də Şəddad - zora bax.
Şair insanları comərdliyə, xeyirxahlığa, özünə rəva gördüyünü, başqalarına da rəva bilməyə səsləyir. Paxıl və xain insanları şeytandan qorxulu sayaraq deyir:
Allahı sevənləri bilirik ki, sevmir şeytan,
Deməmiş paxıl insan qorxuluymuş şeytandan.