KitabYurdu » Kitab » Ölməzlərdən ölülərə kitabı


Şeçilmişlər Ölməzlərdən ölülərə kitabı

Ölməzlərdən ölülərə kitabı PDF
ADI:
Ölməzlərdən ölülərə
REYTİNQ:
  • +2
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
1.93 mb
Salam əziz oxucu! Bunu oxuyursansa, demək, kitab səndə müəyyən qədər maraq yaratmışdır. Bəzən düşünürük ki, onsuz da hər kəs bir kitab yazıb çap edir. Məlumdur ki, özünü reklam etmək xatirinə yazılan, mahiyyətə varmayan kitablar çoxdur. Əlinizdə olan kitabda isə neçə-neçə dahi mütəfəkkirin cəmiyyət üçün, xalq üçün, yetişməkdə olan gənclik üçün xeyirli, dəyərli olan fikirləri, yaşadıqları cəmiyyət haqqında gəldikləri nəticələr öz əksini tapır. Əslində əvvəl yalnız özüm üçün oxuyur, özümü inkişaf etdirməyə çalışırdım, oxuduqca daha çox oxumaq, daha çox düşünmək istəyirdim. Deyilənə görə həyatda oxuyub öyrəndiklərimizin yalnız 20% -i yaddaşımızda qalır. Bu səbəbdən mən də kitablardan dəyərli fikirləri toplamağa başladım. Leo S. Rostenin bu fikirləri ilə razılaşmalı oldum: Mən inanmıram ki, həyatın məqsədi ”xoşbəxt” olmaqdır. Düşünürəm ki, həyatın məqsədi faydalı, lazımlı və həssas olmaqdır. Həyatda ən başlıcası xeyirli olmaqdır ki, sən öləndən sonra yaşayıb–yaşamadığın əhəmiyyətsiz olmasın. Artıq bu cür düşüncələr məni də narahat edirdi, həyatın məqsədi nədir, bizlər nə üçün burdayıq? Ona görə də dayan-madan axtarır və heç bir şey tapmadıqda, insanın yalnız fövqəlinsana bir vasitə olduğunu, həyatı boyu özünü və ətrafdakı insanların kamilləşməsi üçün çalışmalı olduğu qənaətinə gəlirdim. Bunu üçün də kitablardan müəyyən qeydləri toplamaq, cəmiyyətə, xalqa, dövlətə fayda vermək üçün çalışmaq, gənclərdə mütaliəyə, insanpərvərliyə, vətənpərvərliyə sevgi aşılamaq, xalqın maariflənməsi üçün zərrə qədər də olsa töhfə vermək ali məqsəd oldu. Topladığım nümunələrdə həyatın bütün sahələri əks olunmuşdur ki, Siz buna müvafiq bir çox dəyərli fikirlərlə rastlaşacaqsınız. Sizdən xahişim odur ki, vaxt keçirmək xatirinə kitab oxumayın, hər cümləni düşünərək oxuyun və dərk edin. Əminəm ki bu kitab mənim dünyagörüşümü dəyişdiyi kimi sizin də həyata baxış bucağınızı dəyişəcəkdir. Yalnız düşünərək yaşayan və düşünmək istəyənlər üçün