İngilis dilində zamanlar sistemi adlı metodik vəsait ingilis dilini öyrənən şəxslər üçün nəzərdə tutulmuşdur. Onun əsas məqsədi zamanlar sistemində qarşıya çıxan çətinlikləri müəyyənləşdirmək, həmçinin onları aradan qaldırmaq üçün müxtəlif üsul, vasitə və çalışmalar təqdim etməkdir. Burada məlum və məchul növə aid ayrı-ayrı qaydalar Azərbaycan dili ilə müqayisəli şəkildə izah edilir və həmin qaydaların möhkəmləndirilməsi üçün çalışmalar verilir. «İngilis dilində zamanlar sistemi» adlı metodik vəsait pedaqoji institutların aşağı kurs tələbələri və orta məktəbin yuxarı sinif şagirdləri üçün faydalı ola bilər.