KitabYurdu » Kitab » Biologiya » Sitologiya, biologiya, hüceyrə, irsiyyətin maddi əsasları,irsiyyətinmolekulyar əsasları


Şeçilmişlər Sitologiya, biologiya, hüceyrə, irsiyyətin maddi əsasları,irsiyyətinmolekulyar əsasları

Sitologiya, biologiya, hüceyrə, irsiyyətin maddi əsasları,irsiyyətinmolekulyar əsasları PDF
ADI:
Sitologiya
REYTİNQ:
  • +90
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
2.6 Mb
Sitologiya (yunanca sitos-hüceyrə, loqos-elm) hüceyrə haqqında elm olub, hüceyrələrin quruluşunu, onların funksiyalarını,
özünütörətmə, regenerasiyasını, mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir. Sitologiya həmçinin ixtisaslaşmış hüceyrələrin xüsusiyyətlərini, onların xüsusi vəzifələrinin formalaşmasını və spesifik quruluş vahidlərinin inkişafını öyrənir. Son 50 il ərzində sitologiya təsviri morfoloji elmdən eksperimental elmə çevrilmişdir. Onun qarşısında hüceyrənin fiziologiyasını öyrənmək vəzifələri durur. Digər sözlə müasir sitologiyanı hüceyrənin fiziologiyası adlandırmaq olar.

Dərslik V fəsildən ibarət olub, I fəsil hüceyrələrin öyrənilmə üsulları, II fəsil hüceyrə nəzəriyyəsi və hüceyrələrin quruluşu kimyəvi və fiziki kimyəvi təşkili, III fəsil sitoplazma və onun təşkili, IV fəsil nüvə və onun komponentləri, V fəsil isə hüceyrələrin differensiasiyası və patalogiyasına həsr edilmişdir. Təqdim edilən dərslik Bakı Dövlət Universiteti “Genetika və təkamül təlimi” kafedrasının sabiq əməkdaşı dos. F.C.Əmirova və dos. M.B.Hüseynovun Ali təhsilin bakalavr pilləsi tələbələri üçün tərtib etdikləri və Azərbaycan Respublikası təhsil nazirinin 11.07.05 542 saylı əmri ilə qrif almış “Ümumi sitologiya” dərsliyinin yenilənmiş və təkmilləşdrilmiş variantıdır. “Ümumi sitologiya” dərsliyinin 2005-ci il nəşrindən fərqli olaraq təqdim olunan “Sitologiya” adlı yeni işlənmiş variantında ümumi məzmun xətti çərçivəsi genişləndirilib, demək olar ki, bütün fəsillərə edilən əlavələr məntiqi ardıcıllıq gözlənilməklə işlənilmiş və yeni sitoloji məlumatlara daha geniş yer verilmişdir. Biol.ü.f.d.dos. F.C.Əmirova, biol.ü.f.d.dos.M.B.Hüseynovun “Ümumi sitologiya” adı ilə təqdim olunan dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 913 saylı 22.08.2014 –cü il tarixli əmri ilə təsdiq olunmuş Ali Təhsil Pilləsinin Dövlət Standartı, Bakalavriat səviyyəsinin 050112 “Kimya və biologiya müəllimliyi” təhsil proqramında ixtisas-peşə hazırlığı fənlər bölümündə “Sitologiya” (İPF-B20) adlanır.Ona görə də dərsliyin yenidən işlənmiş və təkmilləşdrilmiş variantının “Sitologiya” adı ilə çapını məqsədəuyğun hesab edirik.
Əliəkbər Bədəlov
Məmmədhüseyn müəllim LDU da sayılıb seçilən müəllimlərdəndir. Kitab çox sadə dildə, yəni tələbənin rahat şəkildə qavrayacağı dildə yazılıb.Sitalogiya haqqında kitabını bütün tələbələrə və digər oxuculara məsləhət görərdim. Uğurlar müəllim!
  • 22 noyabr 2021 17:51
  • Status: