KitabYurdu » Kitab » Biologiya » Torpaqşünaslıq elminin dünəni,bugünü və sabahı


Şeçilmişlər Torpaqşünaslıq elminin dünəni,bugünü və sabahı

Torpaqşünaslıq elminin dünəni,bugünü və sabahı PDF
ADI:
“Ümumdünya Torpaq Günü”nə həsr olunmuş “Torpaqşünaslıq elminin dünəni, bu günü və sabahı” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans
REYTİNQ:
  • +13
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2023
ÖLÇÜSÜ:
4.9 mb
Məsafədən Zondlama müəyyən bir məsafədən məlumat əldə etmək elmi və sənətidir. Başqa sözlə, obyektlərə hər hansı bir fiziki təmas etmədən lazımi məlumatların toplanmasıdır [1]. Məsafədən zondlama elmi daim inkişaf edir, obyektləri doğru və düzgün əksetdirmək üçün üçün bir sıra nəzəriyyə və alətlər təqdim edir, həmçinin müxtəlif analiz üsullarından istifadə edərək faydalı məlumatlar ortaya çıxarır[3]. Torpaq haqqında dəqiq və ətraflı məlumat torpaqdan davamlı istifadə və idarəetmə, eləcə də ətraf mühitin modelləşdirilməsi və risklərin qiymətləndirilməsi üçün olduqca vacibdir. Rəqəmsal torpaq xəritələri torpaq xassələrini proqnozlaşdıran statistik modellərdən istifadə etməklə torpaq siniflərinin və ya xassələrinin məkansal paylanmasını təsvir edir. Rəqəmsal torpaq xəritəsi adətən iki ölçülü hücrələrdən (piksellərdən) ibarət rastrdır ki, hər bir hücrənin xüsusi coğrafi yeri var və bu piksellər torpaq məlumatlarını ehtiva edir. Məsafədən zondlama məlumatları son bir neçə onillikdə bütün miqyaslarda rəqəmsal torpaq xəritələrinin təkmilləşdirilməsi üçün ikinci dərəcəli məlumat mənbələri kimi ortaya çıxmışdır[2]. Xəritəçəkmə prosesinə ikinci dərəcəli (qeyri-torpaq) məlumat mənbələrini daxil edən rəqəmsal torpaq xəritələĢdirilməsi ənənəvi yanaşmaların məhdudiyyətlərini aradan qaldırmaq və torpaq məlumat bazalarının təfərrüatlarını və məkan əhatəsini yaxşılaşdırmaq üçün potensial vasitə kimi mühüm rol oynayır. İqtisadi effektivliyi ilə bərabər, rəqəmsal yanaşmalar proqnozların qeyri-müəyyənliyinin obyektiv kəmiyyət ölçüsünü təyin etməyə imkan verir ki, bu da ənənəvi yanaşmalardan fərqli olaraq çox qısa müddət ərzində nəticə almağa imkan yaradır. Ənənəvi torpaq xəritələrinin hazırlanması əsasən yerüstü tədqiqatlara əsaslanırdı. Xüsusən də milli, regional və ya qlobal miqyasda xəritəçəkmə işləri aparıldıqda torpaq nümunələrinin götürülməsi və laboratoriya analizləri də daxil olmaqla klassik çöl tədqiqatlarının çox vaxt və xərc tələb etməsi hamıya məlumdur. Xüsusən də meşə torpaqlarının monitorinqi aparılan zaman keçmiş illərə aid torpaq xəritələrində bir sıra çatışmazlıqlar nəticələrin yüksək dəqiqliklə əldə edilməsinə imkan vermir. Bunlara misala olaraq inzibati-ərazi vahidlərinin sərhədlərinin dəqiq olmaması, koordinat sistemlərinin fərqli olması və ya ümumiyyətlə koordinat sisteminin xəritədə əks edilməməsi, meşə ilə örtülü sahələrin sərhədlərinin qeyd edilməməsini sadalamaq olar (şəkil 1). Həmçinin keçmiş və müasir dövrə aid torpaq xəritələrində olan məlumatları CİS mühitində müqayisə etmək üçün əvvəlki illərə aid torpaq xəritələrinin skan edilərək rəqəmsallaĢdırılmasına ehtiyac yaranır. Bu da öz növbəsində həm əziyyətli, həm də çox vaxt aparan bir prosesdir. Eyni zamanda skanlama və vektorlaşdırma zamanı müəyyən xətaların yaranmasıda qaçınılmaz olur.