Yer qabığının dərin qatlarında tükənməz qiymətli sərvətlər mövcuddur. Bu sərvətlərin yerləşdiyi yerləri dəqiq təyin etmək məqsədi ilə alimlər axır bir neçə on ildir ki, dəqiq təbiət elimlərini birləşdirərək böyük sıçrayışla inkişaf edən yeni elmi istiqamət “Geofiziki kəşfiyyat” üsullarını işləyib hazırlamışlar.
Axır vaxtlar təyyarələrə, avtomaşınlara, vertolyotlara xususi geofiziki cihazlar, stansiyalar yerləşdirməklə az müddət ərzində böyük əraziləri tədqiq etməklə yeni xammal yataqları aşkar stməyə nail olmuşlar. Belə işlərin nəticəsi olaraq böyük filiz yataqları aşkar edilmişdir. Beləliklə, fiziki üsulların geniş miqyaslı işləri müvəffə-qiyyətlə inkişaf edərək təçrübi olaraq, faydalı qazıntıların axtarışına tətbiq olunmağa başlamışdır.
Yerin səthinə yaxın yerləşən, asanlıqla tapıla bilən yataqlar artıq istismara verilib, əsasən tükənibdir. Ona görə də faydalı qazıntıların ehtiyatını artırmaq üçün dərin qatlardakı yataqların kəşfiyyatına başlamaq zərurəti yaranmışdır. Bizim yüzilliyin 30-cu illərində neftin gələcəyi çoxlarını təşvişə salmışdır, çünki onun hesablanılan ehtiyatı çox deyildir.
Yeni elmi-tədqiqat üsulları əsasında külli miqdarda sənaye əhəmiyyətli neft və təbii qaz yataqları, əlvan, qara metal faydalı qazıntı yataqları aşkar edilmişdir.
Hal-hazırda bizim respublikada alimlərimiz çətin şəraitdə Yerin dərin qatlarını fəth edirlər və kəşf edilmiş təbii xammal eh-tiyatını artırmağa başlamışlar. Quyu qazmaqla yanaşı, müxtəlif geofiziki-kəşfiyyat üsullarından istifadə olunmağa başlanmışdır. Bu, mineral xammal yerləşən ərazinin düzgün planını tutmağa, kəşfiyyat quyularının qazılması və dağ-mədən işləri aparmaq üçün daha əlverişli olan sahələri seçməyə imkan verir, Bu da öz növbəsində dövlətin bu işləri görmək üçün qoyduğu sərmayənin azaldılmasına kömək edir. Qeyd etmək lazımdır. ki, 2-3 km dərinlikdə bir quyunun qazılması üçün sərf olunan xərclər bir neçə milyon manata başa gəlir. Geofiziki kəşfiyyat üsullarının nəticələri isə qazılan quyuların sayını minimumma endirməklə bərabər tədqiqatın sürətini artırır, bu da xalq təsərrufatında böyük əhəmiyyət kəsb edir. Misal üçün Xəzər dənizinin Azərbaycan hissəsi ərazisində geofiziki üsulları tətbiq etməklə hər bir neftli strukturların aşkar edilməsi üçün sərf olunan xərclər qazma üsulundan iki dəfə ucuz başa gəlmişdir. Bu iqtisadiyyatımıza on milyon manatlarla gəlir gətirir. Faydalı qazıntıların geofiziki üsullarla axtarışı və kəşfiyyatının mahiyyətini qısaca olaraq açıqlayaq.
Ayrı-ayrı süxurlar müxtəlif maqnit xassəsinə, sıxlığa, elastikliyə, elektrik keçiriciliyinə, radioaktivliyə və fiziki kimyəvi aktivliyə malikdir. Bu xassələr yer qabığının qatlarında müxtəlif birləşmələrdə yatağın fiziki xassələrinin səciyyəvi xüsusiyyətlərini, bütövlükdə isə onun struktunu təyin etməyə imkan verir. Bu isə geoloji kəşfiyyat işlərində geniş istifadə olunur.
Müxtəlif süxurlarla yer səthində yaranan fiziki sahələri və təzahürləri öyrənməklə ərazinin struktur quruluşunun hissələri aşkar edilir. Hər təzahürün və fiziki sahənin xususiyyətləri az və ya çox dərəcədə yatağın struktur quruluşunun xususiyyətlərini təfsilatı ilə təyin edir. Bunların hamısı birlikdə Yerin alt qatlarından yatağın yerləşdiyi dərinlik haqda tam məlumat verir.