KitabYurdu » Kitab » Coğrafiya » Telman Həbibov - Ümumi və tarixi geologiya


Şeçilmişlər Telman Həbibov - Ümumi və tarixi geologiya

Telman Həbibov - Ümumi və tarixi geologiya PDF
ADI:
Ümumi və Tarixi Geologiya (Dərslik)
REYTİNQ:
  • +39
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
5.72 Mb
Geologiya çox qədim, dərin məzmunlu, cəmiyyətin faydalı qazıntılarla təmin olunması yollarını göstərən elmdir. Yunanca Yer haqqında elm deməkdir. İlk geoloji məlumatlar qədim Misirdə, Çində, Hindistanda meydana gəlmişdir. Bu elm sahəsi Yerin tərkibini, quruluşunu və tarixini, Yer qabığının formalaşması proseslərini və qanunauyğunluqlarını, onu təşkil edən mineralları, süxurları, onların mənşəyini, müxtəlif faydalı qazıntıları, habelə Yer üzərində həyatın inkişaf tarixini öyrənir.
Geologiya termini ilk dəfə XV əsrdə (1657) Norveç alimi M.Eşolt tərəfindən işlədilmişdir.
Sənayenin inkişafı ilə əlaqədar olaraq VIII əsrdə faydalı qazıntılara təlabat artmışdır. Ona görə də Yerin tərkinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Geologiya tarixinin bu dövrü adi müşahidə üsullarının faktiki məlumatın və materialların toplanması yollarının öyrənilməsi ilə səciyyəlidir.
Hələ b.e.ə. VI – V əsrdə Pifaqor Yerin simasının daim dəyişməsi, dənizlə qurunun mübarizəsi və vulkanlar haqqında ilk fikir söylənilmişdir. Coğrafiyaşünas Strabon (I) dənizlərdə yaşayan orqanizmlərin qalıqlarının dənizdən uzaqda tapılmasının səbəblərini hələ iki min il əvvəl izah etmişdir.
Özbək alimi Əl Biruni və tacik təbiətşünası İbn Sina hələ XI əsrdə mineralların təsvirini vermişlər. Əl Biruni XI əsrdə, dünyada ilk dəfə olaraq, mineralların xüsusi çəkisini təyin etmiş, əllidən artıq mineral və süxurun təsvirini vermişdir. XVI əsrdə Leonardo da Vinçi və həkim Frakastoro fossillərin tələf olmuş orqanizm qalıqları olmasını və Yer tarixinin xeyli qədimliyini göstərmişdir. Süxur laylarının əvvəlcə üfüqi yatımda olmasını, sonradan vəziyyətlərinin dəyişməsi fikrini ilk dəfə XVII əsrdə N.Steno söyləmiş və beləliklə, layların dislokasiyaları təliminin əsasını vermişdir.
Geologiyanın inkişafında rus alimlərindən M.V.Lomonosovun böyük xidmətləri olmuşdur. Fransız Hettar Demarl, ingilis Ç.Layel, rus Fyodorov və b. alim – geoloqların rolu böyükdür.
Bu elmin inkişafında Azərbaycanın geoloq – alimlərindən akad. M.Qaşqay, Ş.Mehdiyev, Q.Əlizadə, Ə.Əlizadə, Məstanzadə, Əhəd Yaqublu, Ş.Əzizbəyov, X.Məmmədov, B.Budaqov, A.Xasayev, A.Ömərov, H.Aslanov və başqa alimlərimizin də rolu olmuşdur.