KitabYurdu » Kitab » Coğrafiya » TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASININ ƏSASLARI


Şeçilmişlər TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASININ ƏSASLARI

TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASININ ƏSASLARI PDF
ADI:
TORPAQŞÜNASLIQ VƏ TORPAQ COĞRAFİYASININ ƏSASLARI
REYTİNQ:
  • +23
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
6 MB
“Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları” kitabı yeddi hissədən, 43 fəsildən, 120 paraqrafdan ibarətdir. Kitabın giriş hissəsində torpaqşünaslıq elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi və ayrı-ayrı görkəmli torpaqşünasların müxtəlif dövrlərdə apardıqları tədqiqatlar haqqında ətraflı məlumat verilir. Kitabın birinci və ikinsi hissələrində torpaq haqqında təlimin yaranması, torpaqşünaslığın və Azərbaycanda torpaqşünaslıq elminin inkişaf tarixi, torpaqəmələgəlmə prosesinin mahiyyəti, torpaqəmələgəlmənin ümumi sxemi, torpaqəmələgətirən amillər və digər məsələlər ətraflı şəkildə oxucuya çatdırılır. 
 Üçüncü hissə torpağin tərkibi, xassə və rejimləri, torpaq və torpaqəmələgətirən süxurların mineraloji və qranulometrik tərkibi, torpağın üzvi hissəsi, torpaq və torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq kolloidləri və torpağın uduculuq qabiliyyəti, strukturu və fiziki xassələri, torpaq suyu, torpağın su xassələri və su rejimi, torpaq havası və torpağın hava rejimi, torpağın istilik xassələri və istilik rejimi, torpaq məhlulu və torpaqda oksidləşmə-reduksiya prosesləri, torpağın münbitliyi ilə bağlı məsələlərə həsr olunmuşdur. Dördüncü hissədə Azərbaycan torpaqlarının genezisi, təsnifatı, coğrafiyası və kənd təsərrüfatında istifadəsi, torpaqların təsnifatı, torpaqların coğrafi yayılmasının əsas qanunauyğunluqları, Azərbaycan torpaqlarının diaqnostikası və genetik təsnifatının qısa xülasəsi, alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqları, rütubətli və yarımrütubətli subtropiklərin torpaqları, mezofil meşələrin torpaqları, kserofil meşələrin, quru subtropik bozqırların və yarımsəhraların torpaqları, subasarların (çay vadilərinin) torpaqları haqda ətraflı məlumat verilir. Beşinci hissədə torpaqların, Azərbaycan torpaqlarının eroziyası və onunla mübarizə tədbirlərindən bəhs edilir. Altıncı hissədə dövlət torpaq kadastrı, Azərbaycan Respublikasının dövlət torpaq kadastrının mahiyyəti, respublika ərazisinin təbii-kənd təsərrüfatı və torpaq-kadastr rayonlaşdırılmasının xüsusiyyətləri göstərilir. Yeddinci hissədə dünya torpaqlarının coğrafiyasi, Rusiya, Mərkəzi Asiya və Cənubi Qafqaz ərazisinin torpaq-coğrafi və təbii-kənd təsərrüfatı rayonlaşdırılmasına dair kifayət qədər məlumat verilir.