KitabYurdu » Kitab » Coğrafiya » Coğrafiyanın tədrisi metodikası


Şeçilmişlər Coğrafiyanın tədrisi metodikası

Coğrafiyanın tədrisi metodikası PDF
ADI:
Coğrafiyanın tədrisi metodikası
REYTİNQ:
  • +31
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.2 mb
Dərslikdə coğrafiyanın tədrisi metodikasının nəzəri problemləri, fəal təlimin həyata keçirilməsi, fənn kurikulumunun tətbiqinin aktual məsələləri sistemli şəkildə izah olunur. Kitab tələbə, magistrant və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Əsrimiz intellekt əsridir.  Informasiya axını sürətlə yeniləşməkdədir. Bu informasiyadan baş açmaq və öz fəaliyyətini məqsədəuyğun təşkil etmək bacarıqları müasir dövrdə şəxsiyyətin uğur qazanmasının rəhnidir. Insan öz fəaliyyətinin məqsədi, ona çatmağın vasitə və yollarını düzgün müəyyənləşdirmək üçün ətrafında və dünyada baş verən iqtisadi- sosial, siyasi və mədəni hadisə və proseslərdən baş açmağı bacarmalıdır. Fəaliyyət məqsədi aydın olmadıqda informasiya boşluğu insana ondan faydalanmağa imkan vermir. Eyni zamanda informasiya bolluğu insan fəaliyyətinə mənfi təsir göstərir. Əsas məqsəd isə informasiya məkanında sərbəst hərəkət edə bilmək, məqsədyönlü fəaliyyətə yönəltməkdir.
Buradan belə bir pedaqoji zərurət meydana çıxır ki, məktəb şagirdlərə təbiət, cəmiyyət, ətraf aləm haqqında bolluca informasiyalar verməkdən çox bu informasiyalardan baş açmaq, onları təhlil etmək bacarığı verməli, öz zehni fəaliyyətini elmi şəkildə və müstəqil olaraq təşkil etməyə qabil olan intellekt yetişdirməlidir. Bütün bunlar da müvafiq tədris mühitində formalaşmalıdır. Buna görə də məktəbi düşünməyə cəhd göstərmək, onu daha çevik etmək və müasirləşdirmək lazımdır.
Azərbaycan dövlətinin demokratik dövlət quruculuğu yolunda fəaliyyətinin ən vacib istiqamətlərindən biri təhsil islahatıdır. Hazırda respublikamız dərin siyasi, iqtisadi və ictimai dəyişikliklər dövründə yaşayır. Azərbaycanın həyata keçirməli olduğu möhtəşəm məsələlərin həllini yüksək səviyyəli mütəxəssislər və ixtisaslı işçi qüvvəsi olmadan yerinə yetirməyi təsəvvür etmək mümkün deyil. Respublikada təhsil islahatı Azərbaycanın intellektual potensialının qorunmasına və inkişaf etdirilməsinə yönəldilmişdir. Bazar iqtisadiyyatı şəraitində təhsil sistemi dövləti çevik düşünməyə qabiliyyətinə malik olan, beynəlxalq tələblərə cavab verən kadrlarla təmin etməlidir.
Təhsil islahatının əsas istiqamətlərindən biri tədris proqramlarının, təlimin məzmununun və tədris metodikasının yeniləşməsidir. Onlar zamanın tələblərinə uyğun gəlməli, Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini nəzərə almalı və beynəlxalq təcrübəyə əsaslanmalıdır.
Bu mənada coğrafiya fənninin üzərinə mühüm vəzifələr düşür. Coğrafiyanın təlimi şagirdləri təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi haqqında biliklərlə silahlandırır, onlarda bir sıra həyati əhəmiyyətli bilik və bacarıqların formalaşdırılmasına şərait yaradır. Müasir mərhələdə coğrafiyanın tədrisi şagirdlərə bol- bol informasiya verməkdən daha çox həmin informasiyalardan baş açmaq, zehni və əməli fəaliyyətlərini məntiqi, elmi əsaslarla təşkil etmək, cəmiyyətdə öz yerini tapmaq bacarığı ilə silahlandırmalıdır. Tədris prosesində şagirdlər cəmiyyətin həyatında fəal iştirak etməyə hazırlanmalıdırlar. Coğrafiyanın təlimi şagirdlərdə müxtəlif rəylər, baxışlar və konsepsiyaları təhlil etməyi öyrətməli, öz baxışına zidd olan rəylərə hörmətlə yanaşmağa qabil olan şəxsiyyət tərbiyə etməlidir. Bu cür vəzifələrin həll edilməsi coğrafiyanın tədrisi metodikasının da üzərinə düşür.
Müasir dövrdə cəmiyyətin həyatında baş verən ciddi dəyişikliklər ümumtəhsil məktəblərinin də işini xeyli çətinləşdirir, eyni zamanda müəllimin sosial rolunun artmasına, onun peşəkar fəaliyyətinə verilən tələblərin də yüksəlməsinə səbəb olmuşdur.