Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.
Keçən il sentyabrın 14-ü idi. Yorğun olduğum üçün axşam tez yatmaq istəyirdim. Yatmazdan əvvəl darvazanın bağlandığını yoxlamaq üçün həyətə düşdüm.
Başımı qaldırıb qaranlıq səmaya baxdım. Göyün üzü açıq idi. Başımın üstündə ulduzlar sayrışırdı. Ancaq bununla belə, havada soyuq bir rütubət var idi. Polis sahə müvəkkili işlədiyim dağ kəndləri səmtinə baxanda bunun səbəbini başa düşdüm. Orada göyün üzü qatı buludlarla örtülmüşdü. Ara-sıra uzaqlarda çaxan ildırım baş-başa vermiş dağların silueti ilə onların üstündə toplanmış buludların kölgəsini birləşdirib əsrarəngiz mənzərə yaradırdı.
- Deyəsən kəndlərə möhkəm yağış yağır, - deyə düşündüm. -Qaradumanlmm çayı yenə daşıb yolu xarab eləməsə yaxşıdır.
Darvazanı bağlayıb evə çıxdım. Televizorda gənc müğənni Selcan Əsgərlinin konserti gedirdi. Həyat yoldaşımla oğlum oturub konsertə baxırdılar. Yataq otağına keçib soyundum və yerimə girdim. Ancaq baş aça bilmədiyim bir narahatlıq qəlbimə girib məni bir müddət yatmağa qoymadı. Yalnız gecədən xeyli keçmiş gözümə yuxu getdi. Səhər saat 8-də telefon zənginin səsinə oyandım.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.