KitabYurdu » Kitab » Dedektiv » Elxan Elatlı Pəncərədə görünən kölgə


Şeçilmişlər Elxan Elatlı Pəncərədə görünən kölgə

Elxan Elatlı Pəncərədə görünən kölgə PDF
ADI:
Pəncərədə görünən kölgə
REYTİNQ:
  • +431
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1.22 MB
« Pəncərədə görünən kölgə» sevilən yazıçı ElxanElatlmın detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilkromanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivindəheç kəsə bənzəməyən özünəməxsus üslubunu yaratmışdır. Romanda Azərbaycanın birkənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbətgetsə də, burada anaya və övlada məhəbbətin, halallığın, mənəvi təmizliyin təbliğidə xüsusi yer tutur. Bu baxımdan roman yeniyetmə və gənclərin tərbiyəsində müsbətrol oynamağa qadirdir. 

Bu hadisə Azərbaycanın mərkəzdən uzaq rayonlarının birində baş verib. Həmin rayonun prokuroru olan dostum hadisə barədə mənə danışsa da, bu barədə yazmağı, xüsusilə də onun öz adını çəkməyimi məsləhət bilmədi. Ona görə də çox düşünməli oldum. Nəhayət, bu kədərli əhvalatı olduğu kimi sizlərə çatdırmağı qərara aldım.

Həmin gün... Günəşin batmağına az qalırdı. Kiçik şəhərin kənarındakı köhnə qəbiristanlıqda, buranın daimi sakinləri olan gözə görünməz ruhlardan başqa, bir canlı adam da dolaşırdı.

Sarışın saçları pərişan halda çiyinlərinə tökülmüş bu gənc qadın, ətrafa boylanan ürkək nəzərlərindən ölülər şəhərciyində azmış adama oxşayırdı. Heç şübhəsiz ki, o, hansısa ölünün əbədi mənzilini soraqlayırdı.

Burada bircə dəfə olmuşdu. On dörd il əvvəl, sevimli nənəsi buraya köçdüyü gün. Ondan sonra imkanı olmamışdı gəlib nənəsinə baş çəkməyə. Ona görə də yadına sala bilmirdi onun son mənzilinin yerini.

Hələ qəbri tapmamış qəbiristanlığın anlaşılmaz vahiməsi ürəyinə dolmuşdu. Buranın qəmli havasının yaratdığı qəhər boğazına tıxanıb qalmışdı. Mavi gözləri yavaş-yavaş dolur, duzlu göz yaşları gözlərinin içini göynədirdi.

Birdən nəzərləri başqa qəbirlərdən bir az aralı, qəribsəmiş bir baş daşının üzərindəki yazıya sataşdı: «Ruhiyyə Ziyadxan qızı. 1915- 1991». Gözlərinə yığılıb dolmuş acı göz yaşları buna bənd imiş kimi qaynayıb axmağa başladı.

İrəli yeriyib qəbrin qarşısında dizi üstə çökdü. Başını sinə daşının üstünə qoyub onu qucaqladı. Dağılan saçlan qəbrin üstünə yayıldı. Bir müddət beləcə qalıb göz yaşlan ilə qəbir daşını islatdı. Sonra dikəlib baş daşıyla, canlı insanla danışırmış kimi, danışmağa başladı:

 - Gəlmişəm, ay nənə! Tanıdın məni? Bilirəm, sənə baş çəkmədiyim üçün incimisən məndən. Haqqın var, ay nənə, haqqın var! Ancaq onu bil ki, unutmamışam heç vaxt səni.
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Qonaq book_lover
Qonaq book_lover
  • 5
İlk şərh  smirk 
  • 15 dekabr 2016 20:38
  • Status:
Nara88
Nara88
  • 3
Oxumaq olmadi (
  • 17 sentyabr 2018 01:05
  • Status: İstidafəçi xətdə deyil
Hesen
Hesen
  • 6
kim istese mailime yazsin gonderim pdfi

[email protected]
  • 3 oktyabr 2018 17:14
  • Status:
Sakir Kerimov
Niye qoymursuz elxan emi eserinizi tam oxuyaq men hec tanimadigim yazicilarin eserlerini asanliqla yukleyirem amma sizi taniyirem 9 eserinizi alib oxumusam indi daha qoymurlar almaga burdan oxumag isteyirem vurdada siz qoymursuz???☹☹☹☹
  • 9 mart 2019 14:52
  • Status: İstidafəçi xətdə deyil
Ms.Jaan
Ms.Jaan
  • 2
PDF linki ucun cox tesekkur edirem. Elxan Elatli eserleri cox maraqlidir
  • 3 noyabr 2019 22:10
  • Status: