1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və Heydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir Surət Hüseynov və başqaları da vardır. Roman geniş oxucu kütləsi üçiin nəzərdə tutulub.