KitabYurdu » Kitab » Dedektiv » Aqata Kristi Ölümlə görüş


Şeçilmişlər Aqata Kristi Ölümlə görüş

Aqata Kristi Ölümlə görüş PDF
ADI:
Ölümlə görüş
REYTİNQ:
  • +287
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.4 MB

Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.

Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.

BİRİNCİ HİSSƏ 1

- Başa düşürsən, hə? O öldürülməlidir!

Sual sakit qaranlıq gecəyə axdı, orada bir müddət asılı qaldıqdan sonra yenidən Ölü Dəniz tərəfə, qaranlığa gömüldü.

Erkül Puaro əlini pəncərə tutacağına qoyub, bir dəqiqə susdu. Sonra qaşqabağını tökərək pəncərəni bağladı ki, zərərli gecə havası içəri daxil olmasın. Erkül Puaro uşaqlıqdan əmin idi ki, çöl havası elə çöldə qalmalıdır və xüsusilə də gecə havası sağlamlıq üçün çox ziyanlıdır.

Pəncərələrin pərdəsini çəkdikdən sonra Puaro gülümsəyərək yatağına tərəf getdi. “Başa düşürsən, hə? O öldürülməlidir!” sözlərini yenidən düşünərək sakitcə gülümsədi. Bu, detektivin Qüdsdə ilk gecədə eşitdiyi sözlər idi.

“Doğrudan da hara gedirəmsə mütləq cinayət baş verməlidir!” - o mızıldandı. Yazıçı Antoni Trollop haqqında

eşitdiyi lətifəni yadına saldıqda yenidən gülümsədi.

Trollop Atlantik okeanında gəmidə üzərkən iki sərnişinin onun son romanı barədə danışdığını eşidir. Onlardan biri deyir:

-  Çox əladır. Amma gərək o, darıxdırıcı qoca qadını - öldürəydi.

Romançı onlara yaxınlaşaraq gülümsəyir və deyir:

-  Centlmenlər, çox minnətdaram. Elə bu dəqiqə gedib onu öldürəcəyəm!

Erkül Puaro indicə eşitdiyi sözlərə nəyin səbəb olduğunu düşündü. Bəlkə kimsə pyes və ya kitab yazır. Sonra təbəssümünü pozmadan fikirləşdi: “Bu sözlər bir gün pis mənada xatırlana bilər”.

O sözləri deyən səsi fikirləşdi. Səs kişiyə və ya gənc oğlana aid idi və olduqca gərgin, əsəbi idi.

Erkül Puaro yatağının yanındakı gecə lampasını söndürərkən düşündü: “O səsi yenidən eşitsəm, yəqin ki, - tanıyaram...”.

İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.

Asya A
Asya A
  • 4
Hasanoff kitaba gore tesekkurler. 
  • 30 yanvar 2017 00:08
  • Status:
Altay
Altay
  • 5
Müellif Aqata  ise tereddüt etme yükle. 
  • 30 yanvar 2017 00:57
  • Status: İstidafəçi xətdə deyil
Ramilrzayev
Salam. Zəhmət olmasa mənə S.Rəhimovun Şamo romanını tapmaqda kömək edin.
  • 16 fevral 2017 21:37
  • Status: İstidafəçi xətdə deyil
lk
lk
  • 1
men yukleye bilmedime amozon saytina daxil oluryuklemek isteyende
nece edim?
  • 6 iyul 2017 15:06
  • Status:
kitabyurdu
lk, Müəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.
  • 6 iyul 2017 21:27
  • Status: İstidafəçi xətdə deyil
zul
zul
  • 1
Ay qardas bu kitabu men hardan yukleyim bilmedim

  • 14 yanvar 2018 05:47
  • Status: İstidafəçi xətdə deyil
Hesen
Hesen
  • 1
kim istese mailime yazsin gonderim pdfi

[email protected]
  • 3 oktyabr 2018 17:12
  • Status:
Qonaq aylin
neye baxirsan silinib ele bunu bidefelik silin gormeyekde girib bir bir baxirsan hecne yoxdur hamsi silinib yalandan sekil qoyulub.
  • 5 mart 2019 12:30
  • Status: