"Puaro istintaq aparır"hekayələr toplusu Aqata Kristinin yazıçılıq karyerasının ilk dövrlərində çapolunmuşdur. Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralardetektiv janrının klassikası hesab edilmişdir. Bu toplunun bütün hekayələriekranlaşdırılıb.
"Puaro istintaq aparır"hekayələr toplusunun qəhrəmanı xəfiyyə Puaro bir çox qətl hadisələrinin üstünüböyük məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə, yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzəçıxarır.
CHRISTIE and POİROT are registeredtrade marks of Agatha Christie Limited in the UK and/or elsewhere. All rightsreserved.
Bu kitabın Azərbaycan dilinə tərcüməvə yayım
hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan RespublikasınınQanunu»na ziddir.
Mən Puaronun otağında pəncərəninqarşısında dayanaraq tənbəl-tənbəl küçəyə tamaşa edirdim. "Qəribədir",- deyə pıçıldadım. Rahat kreslosunda əyləşmiş Puaro sakit-sakit:
- Nəolub, mon ami?l - deyə soruşdu.
- Qulaq asın, Puaro. Küçədə gənc bir xanım var.Çox yaxşı geyinib - dəbli şlyapa, olduqca gözəl xəz. Təkdir və yanlarındankeçdiyi evlərə nəzər sala-sala yavaş-yavaş
yeriyir. Üç kişi və orta yaşlı birqadın tərəfindən izləndiyinin fərqində deyil, indicə həmin xanımı izləyənlərəonu göstərib əl- qolunu ölçən gənc bir kuryer də qoşuldu. Görəsən, nə başverir? Bəlkə xanım cinayətkar, onu izləyənlərsə detektivlərdir? Bəlkə də onlargünahsız qadına hücum etmək istəyən quldurlardır. Tanınmış detektiv bu barədə nəfikirləşir?
- Tanınmış detektiv, mon ami, həmişəolduğu kimi, ən sadə yolu seçərək ayağa qalxıb özü küçəyə nəzər salır.
Dostum mənim yanıma, pəncərəninqarşısına gəldi. Bir saniyə sonra onun şən-şən gülümsədiyini gördüm:
- Həmişə olduğu kimi, sizin romantizminizfaktları şişirdib. Bu, kino ulduzu Meri Marveldir. Onu izləyənlər də pərəstişkarlarıdır.Və en passant2, dostum Hastinqs, o, tamamən bunun fərqindədir.
Mən güldüm:
- Beləliklə, məsələ aydın oldu, lakin siz bununüçün heç bir səy göstərmədiniz, Puaro. Siz, sadəcə, xanımı tanıdınız.
- En vertie!3 Mon cher4, Meri Marveli ekranda neçədəfə görmüsünüz?
Fikrə getdim:
- Yəqin10-12 dəfə.
- Mənsəcəmi bircə dəfə görmüşəm!
Amma mən onu tanıdım, sizsə tanıya bilmədiniz.
- 0, tamam başqa cür görünür.
- Bəs necə fikirləşirdiniz? 0, Londonun küçələrindəkovboy şlyapasında, ya da irland naxırçısı kimi saçları pırtlaşıq və ayaqyalıngəzməli idi? Həmişə xırda təfərrüatların vacib olduğunu nəzərə alın. Rəqqasə ValeriSentkler məsələsini xatırlayın.