ABŞ-ın Milli TəhlükəsizlikAgentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heçkim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinintoplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Buvirtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin birneçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ənsürətli şifrəaçan kompyuteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsiniaçmaqda acizdir.
Beləcə,bir neçə saat ərzində yeni kompyuter virusu ABŞ Milli TəzlükəsizlikAgentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiəqatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinəmilyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqimənasında, fəlakətdir.
Buməhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işəcəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarınabaşlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz- üzəqalır...
Mənim valideynlərimə...
mənim qəhrəmanlarıma və mürəbbiyələrimə
Təşəkküretməyi özümə borc hesab edirəm: “Sent-Martin Press” nəşriyyatındanredaktorlarım Tomas Danna və nadir istedadlı insan Meliss Cekobsa; mənimNyu-Yorklu ədəbi agentlərim Corc Uizerə, Olqa Uizerə və Ceyk Elvellə; əlyazmanıoxuyan və yolüstü də onun daha yaxşı olmasına kömək edən hamıya. Və hamıdan da əvvəlhəyat yoldaşım Blayta, entuziazmma və səbirinə görə.
Eləcədə, məktublarıma anonim cavablan ilə qiymətsiz kömək etmiş, Milli Təhlükəsizlik Agentliyinin keçmiş şifrəçilərinə böyük çox sağ ol. Onlarsız bu kitab yazılmış olmazdı.