KitabYurdu » Kitab » Dedektiv » Den Braun - Yalan nöqtəsi


Şeçilmişlər Den Braun - Yalan nöqtəsi

ADI:
Yalan nöqtəsi
REYTİNQ:
  • +93
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
459 Kb
Arktikada bəşəriyyətin gələcəyini birdəfəlik dəyişməyə qadir olan nadir artefakt tapılır.
Qeyri-adi tapıntının həqiqi olub-olmadığını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir.
Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar.
Onları kim və niyə öldürür?
Bəlkə onlar tapıntının sirrini açmağa çox yaxınlaşıblar?
Müəllİfdən
Təşəkkür edirəm Kaufmana onun möhtəşəm rəhbərliyinə və uzaqgörən redaktorluq məharətinə görə; Blayt Brauna yorulmaq bilməyən tədqiqatçılığına və kitabın ərsəyə gəlməsində yaradıcılıq töhfəsinə görə; “Vizer və Vizer”dən olan mərhəmətli dostum Ceyk Elvellə; Milli Təhlükəsizlik Arxivinə; NASA-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinə; qlyasioloq Martin Ceffrisə; Brett Trotterə, Tomas Nadoya və Cim Berrinqtona. Eləcə də minnətdarlığımı bildirirəm Koni və Dik Brauna; Syuzen O’Nilə; Marci Uçtelə; Mori Stettnerə; Ouen Kinqə; Elison Makkinnelə; Meri və Stiven Qormenə; doktor Karl Xingerə; Skripps adına Okeanoqrafiya İnstitutundan doktor Maykl A.Latsaizə; “Maykron elektroniks”dən Eyprilə; Aviasiya və Kosmonavtika Milli Muzeyindən Ester Sanqa; doktor Cin Olmendigerə; Qrinberq Assosiasiyasından müqayisəolunmaz xanım Heyd Lanja, həmçinin də Amerika Alimləri Federasiyasından Con Payka.
“Delta” hərbi hissəsi, Milli Kəşfiyyat İdarəsi və Kosmos Fondu – real təşkilatlardır. Romanda qələmə alınmış texnologiyaların hamısı mövcuddur və həqiqətən də tətbiq olunur.
“Əgər bu kəşf öz təsdiqini taparsa, onda o, şübhəsiz ki, elmin nə vaxtsa kainatı fəth etmək üçün həyata keçirdiyi ən heyrətamiz sıçrayışlardan biri olacaq. Onun hüdudsuz perspektivləri sarsıdır və ilhamlandırır. Bu kəşf bəşəriyyət qarşısında duran ən qədim sualların bəzilərinə cavab vəd etsə də, daha yeni, daha fundamental problemlər üzə çıxarır”.
Prezident Bill Klinton
ALH 84001 kodu altında məlum olan elmi kəşflə bağlı 1997-ci il avqustun 7-də keçirilən mətbuat konfransındakı çıxışından.