KitabYurdu » Kitab » Dedektiv » İbrahim Samiroğlu Qatilin izi ilə


Şeçilmişlər İbrahim Samiroğlu Qatilin izi ilə

İbrahim Samiroğlu Qatilin izi ilə PDF
ADI:
Qatilin izi ilə
REYTİNQ:
  • +185
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
241 kb
Qatilin izi ilə Povesti detektiv janrda yazılıb. Kitabda  iki nakam sevgili, Ruhin və Leyladan bəhs olunur. Həmdə, hüquq mühafizə orqanlarının böyük bir cinayətkar dəstəni aşkar edib, zərərsizləşdirilməsindən.

Yay aylarının ilk günləri idi. Bakıda istidən dayanmaq
mümkün deyildi. Fərid, əlindəki saata tez-tez baxır,
ətrafa boylanırdı. Hərdən ağzında nə isə deyirdi. Kimisə
gözlədiyi bəlli idi. Bir qədər də keçdi. Və Fəridin
gözlədiyi adam gəldi.
– Harada qalmışdın ə? İstidən əridim e. – Fərid dostu
Ruhinlə görüşərək dilləndi.
– Marşrut gəlmək bilir ki? İki metr gedir, sonra
dayanır. – Ruhin avtobusdan şikayət etdi.
– Hə, gedək. – Fərid yola işarə etdi.
– Bu iki dost universitet tələbəsi idi. Və qrup yoldaşı
idilər. Bakı ətrafı kənddə yaşayan Ruhin, şəhərdə azaz olurdu. Yaşadığı ərazidə marşrut çətinliyi var idi.
Şəhərə gəlib getmək, nisbətən çətin idi. Bir-birlərini
çox vaxt universitetdə görürdülər. Hərdən də belə,
çay içməyə gedəndə görürdülər bir-birilərini.
Həmişə oturduqları çay evinə gəlib çatdılar.
Pəncərənin önündə olan masada əyləşdilər. Ruhin
ofisiantı çağırıb:
– Bir çaynik çay, mürəbbə, şokolad verərsən.
– Oldu. – ofisiant onlardan uzaqlaşdı.