Planlı ölüm povesti qısa vaxt ərzində yazılmış, oxuculara təqdim olunmuşdur. Kitabda gənc qızın intihar etməsi, Cinayət axtarış şöbəsinin rəisi Eldar Əzizovun bu sirri açmasından bəhs edir.
Yazın gəlişi hiss olunurdu. Ağaclar çiçək açmış, yağan yağışlar qismən çoxalmışdı. Doqquzmərtəbəli binadan həyəti seyr edən mayor Eldar Əzizov kefsiz idi. Son günlər ailəsi ilə yaşanan problemlər, ona pis təsir etmişdi. 45 yaşlı mayor iki gün idi ki, özündə deyildi. Balkona çıxıb, məhəccərə söykəndi. Qutudan bir siqaret çıxarıb yandırdı. Havada uçuşan tüstülər, tez bir zamanda yox olurdu. Həyətin küncündə yerləşən köşk, balkondan cılız görünürdü. Bu köşkün sahibi, Rafiq idi. Köhnə “Moskvichi” ilə bazara gedər, ucuz qiymətə meyvə alıb, gətirib bu köşkdə satırdı. Rafiq dördüncü mərtəbədə qalırdı. Elədə yaraşıqlı biri deyildi. Dörd il həbsdə yatmışdı. Nisbətən sakit biri idi. Əzizovu görəndə, Salam sağ ol edirdi. Siqaretini külqabına basıb söndürdü. Cinayət axtarış şöbəsinin rəisi idi. Ötən həftə baş verən cinayətdən sonra, nisbətən aralar sakit idi. Hələ ki, hadisə yox idi. Və bu Əzizovu sevindirdi. Ailəsini kəndə apardığı iki gün idi. Evdə sakitlik hökm sürürdü. Hərdən alt qonşunun qışqırıq səslərini çıxsaq. Birdən-birə Əzizov, uşaqları üçün darıxdı. Oğlu həmişə onun üstünə atılar, düşüb getməzdi. Əzizov isə, oğlunun xətrinə dəyməzdi. Televizoru yandırdı. Xəbərlərə çevirib, bu gün olanlara nəzər saldı. Müxbir qadın durmadan danışırdı. Növbəti kanala çevirdi. Burada Musiqi verilirdi. Növbəti xəbər kanalına çevirdi. Və lazımsız konsert gedirdi. Televizoru qapadıb, ayağa 4 qalxdı.