O, vəkil kontorunun yalnız adi bir əməkdaşıdır... eyni zamanda, əvəzedici iş üsulu ilə, əvəzsiz DETEKTİVDİR! Gənc qadın ondan izsiz–soraqsız itkin düşən biznesmen ərini axtarmağı xahiş edir – və o, TƏHQİQATA BAŞLAYIR. Əslində, NƏ BAŞ VERİB? Oğurlanma? Qətl? Yoxsa çoxsaylı problemlərdən qaçmaq cəhdi? Hələ ki, məlum olan budur, – itkin düşmüş şəxsə HƏR KƏS nifrət hissi ilə yanaşırdı - cangüdənindən məşuqəsinədək, əməkdaşlarından sürücülərinədək hamı nifrət edirdi, bir arvadından başqa. Lakin deyəsən, o da nəsə gizlədir.