İnsanın həyati vacib funksiyalar icra edən ətraflarının cərrahi anatomiyasına həsr edilmiş bu kitab qəbul olunmuş tədris proqramına uyğun olaraq, mövcud olan müasir ədəbiyyatın analizi, təfsiri və qismən müəlliflərin şəxsi tədqiqatlarının nəticələri əsasında, milli dərketmə xüsusiyyətlərinin nəzərə alınması ilə tərtib edilmişdir və Azərbaycan dilində ilk dəfə nəşr edilir. Burada yuxarı və aşağı ətrafların hər bir nahiyyəsinin topoqrafiyası cərrahi anatomiyanın tətbiqi sahələrinə, oriyentir, proyeksioıı, relyef və patoloji-topoqrafik anatomiyaiarm xüsusiyyətlərinə uyğun şərh edilməklə yanaşı, ətraflarda baş verən irinli-iltihabi proseslərin yayılmasında mühüm rol oynayan fassiyal toxuma sahələrinin topoqrafik xüsusiyyətlərinə, magistral qan damarlarının bağlanılmasından sonra kollaterial yolların əmələ gəlməsinə, ətraf sümüklərinin sınıqları zamanı sümük fraqmentlərinin hansı qrup əzələlərin və aponevrotik toxumaların təsiri nəticəsində yerdəyişmələrinin mümkün variantlarının səbəblərinin izahına, ətrafların iri oynaqlarının normal halda və çıxıqları zamanı proyeksiyalarının müəyyənləşdirilməsi üsullarına, paraartikulyar toxuma sahələri və onların qonşu nahiyələrlə mümkün olan anatomik əlaqələnmə yollarına, oynaq ətrafında yerləşən, onun boşluğu ilə əlaqələnən və əlaqələnməyən ciblər və sinovial kisələrə, oynaq kapsulasının anatomik xüsusiyyətlərinə, bağ aparatı və zəif nöqtələrinə dair əhatəli mətnli və illyustrativ məlumatlar verilmişdir.
Kitab tibb universiteti və fakültələrinin tələbələri, həmçinin praktik cərrahlar, anatomlar, məhkəmə tibb ekspertləri, professor-müəllim heyəti, elmi işçilər, rentgenoloqlar və digər ixtisaslardan olan həkimlər üçün nəzərdə tutulmuşdur.