Kompüter, istifadəcilərdən aldığı əmrlərlə verilənlər (informasiya) üzərində hesabi və məntiqi əməliyyatları yerinə yetirən, yadda saxlayan və saxladığı informasiyaları istənilən zaman ötürə və əks etdirə bilən enektron rəqəmsal maşındaır (qurğudur). Kompüterlər bu əməliyyatları yaddaşında olan proqramlar əsasında yerinə yetirir, yəni kompüterlər proqramla idarə olunan, proqramlaşdırıla bilən qurğudur. Kompüter öz basina heç bir əməliyyatı yerinə yetirə bilməz. Kompüterlə bağlı olan bəzi terminlərin mənaları nəzər salaq.
Giris: İstifadəcilər tərəfindən və ya kompüter tərəfindən təmin edilən verilənlərdir. Bu verilənlər rəqəmlər, hərflər, işarələr, sözlər, səs və video siqnalları və əmrlərdir. Verilənlər giris (daxiletmə) qurğuları tərəfindən toplanır (daxil edilir). Əməliyyat: Verilənlər məsələnin həlli proqramına uyğun olaraq emal blokunda hesabi və məntiqi emaldan keçir ki, bu da əməliyyat adlanır.
Yaddaş: Verilənlərin saxlandığı fiziki mühitdir. Daxil edilən və emal edilən verilənlər və proqramlar yaddaşda saxlanılır. Çıxış: Kompüter tərəfindən emal bloklarında (qurğularında) emal olunan verilənlərdən alınan yeni verilənlər, (mətn, rəsm, şəkil, musiqi, qrafik, hərəkətli görüntü, və s.) ekran (monitor), printer, səsucaldan kimi müxtəlif çıxış qurğularından istifadəçilərə catdırılır. Hər bir kompüterin işəlməsi üçün texniki və proqram təminatına ehtiyac vardır.
Texniki təminat (Hardware): Kompüteri təşkil edən fiziki qurğular yığımına texniki təminat deyilir. Ekran, klaviatura, yaddaş qurğuları, siçan, printer, mikroprosessor, skayner və s. Kompüterin texniki təminatını təşkil edən hissələrdir.
Proqram təminatı (Software): Kompüter qurğularının işləməsini və məsələlərin həllini təmin edən əmrlər yığımı proqram adlanır. Bu proqramların yığımına proqram təminatı deyilir. Proqramlara misal olaraq, mətn redaktorları, elektron cədvəllər (spread sheet), proqramlaşdırma dilləri və s. proqramları göstərmək olar.