KitabYurdu » Kitab » Dərslik » Neftyığılan, Nəql Edən Mühəndis Qurğuları Və Avadanlıqları


Şeçilmişlər Neftyığılan, Nəql Edən Mühəndis Qurğuları Və Avadanlıqları

Neftyığılan, Nəql Edən Mühəndis Qurğuları Və Avadanlıqları PDF
ADI:
Neftyığılan, Nəql Edən Mühəndis Qurğuları Və Avadanlıqları
REYTİNQ:
  • +11
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
4 MB
Dərslikdə neftyığılan və neftsaxlayan terminalların növləri, onların hidravliki və statiki hesablanması, neft boru kəmərlərinin layihələndirilməsi verilmişdir. Relyefdən asılı olmayaraq rast gəlinən ərazilərdən boru kəmərləri trassasının keçirilməsi şərtləri inşaat normaları və qaydaları əsasında müəyyən edilmiş, yerüstü və yeraltı, fəza boru kəmərlərinin möhkəmliyə və dayanıqlığa hesablanması geniş şərh edilmişdir. Neft sənayesində tətbiq olunan hidravliki maşınların tipləri, tətbiq sahələri, nasosun işçi çarxının yonulma dərəcəsinin müəyyən edilməsi öz həllini tapmışdır. Qazın sıxılma və nəqlolunma prosesləri üçün kompressorların hesabi göstəricilərinin təyin olunma metodikaları izahlı olaraq verilmişdir.
Dərslikdən T 37.01.00 – «Dəniz neft-qaz hidrotexniki qurğuları tikintisi» ixtisası üzrə təhsil alan tələbələr, eləcə də elmi - tədqiqat və layihə institutlarında çalışan mütəxəssislər istifadə edə bilərlər.