Müasir zamanda kompyuter təhsili almış iş qüvvəsinə duyulan ehtiyac artmaqdadır. Fərdlərin gündəlik həyatlarını davam etdirə bilmələri üçün kompyuter təhsillərinin olması vacib bir amilə çevrilmişdir. Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olub, dialoq rejimində işləyən hazır proqramlar toplusuna tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar ƏS-nin idarəsi altında işləyir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır.
Dərs vəsaiti əsasən proqram təminatının ən mühüm hissəsi sayılan Office proqram paketlərindən – MS Word 2013, MS Excel 2013, MS Power Point 2013, MS Acess2013 proqramlarının öyrənilməsinə həsr edilmişdir.
MS Word 2013 mətn redaktorunun quruluşu, təyinatı haqqında geniş məlumat verilir, onun digər redaktorlarla əlaqəsi verilir.
MS Excel 2013 cədvəl redaktorunun quruluşu, təyinatı haqqında məlumat verilir.Riyazi və iqtisadi məsələlərin həllində onun böyük əhəmiyyəti olduğu şərh edilir.
Dərs vəsaitində verilənlər bazalarının idarəetmə sistemləri içərisində geniş yayılmış MS Acess 2013 proqramı haqqında ətraflı məlumat verilir. Vəsaitdə MS Acess proqramının obyektləri: Cədvəllər, Sorğular, Formalar, Hesabatlar öyrənilir. Onların yaradılma üsulları praktiki misallarla izah olunur.
MS Power Point 2013 - təqdimatların hazırlanması haqqında məlumat verir.