KitabYurdu » Kitab » Dərslik » German dilçiliyinə giriş


Şeçilmişlər German dilçiliyinə giriş

German dilçiliyinə giriş PDF
ADI:
German dilçiliyinə giriş
REYTİNQ:
  • +22
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
5.41 MB
Bu kitab german dilçiliyinin sistem və struktur xüsusiyyətlərini müasir dilçilik və çağdaş germanistika baxımından şərh edir. Kitabda müəlif bu sahədə son illərin nəşrlərini təhlil etməklə elmi-ədəbiyyata öz tənqidi münasibətini bildirir, german dillərinin aktual problemlərini qabarıq şəkildə göstərməyə nail olur. Dərslik girişlə birlikdə səkkiz fəsildən ibarətdir. Girişdə fənnin məqsəd və vəzifələri, başqa fənlərlə əlaqəsi, obyekti, predmeti, tədqiqat metodları və onun əhəmiyyətindən danışılır. Digər altı fəsildə isə german dillərinin sistemlərinin iç qurumları konkret dil materialları əsasında geniş və əhatəli şərh olunur.
Axırıncı, səkkizinci fəsildə Azərbaycanda german dillərinin öyrənilməsi tarixinə dair qısa məlumat verilir.
Giriş yazmaq, özü də dünyada ən geniş yayılmış dillərdən olan german dillərinin öyrənilməsinə həsr edilmiş kitaba giriş yazmaq, son dərəcə məsuliyyətli bir işdir. Bu məsuliyyəti tam dərk etməsəydik, belə bir işi heç vaxt boynumuza götürməzdik. Lakin roman-german filologiyası fakültəsinin açılmasında bilavasitə təşəbbüskar və iştirakçı olduğumuz üçün belə bir dərsliyin yazılınası fikrindən yan keçə bilmədik. Həm də 70-ci illərdən bəri «Dilçiliyə giriş» və «Ümumi dilçilik» fənlərindən oxuduğumuz mühazirələrin köməyimizə çatacağma möhkəm inanırdıq. Lakin bu kitab üzərində iş zamanı yanıldığımızı başa düşdük, çünki külli miqdarda əlavə mənbələri araşdırmalı olduq.
Nə isə, işə başlamışdıq, daha geriyə yol yox idi. Ona görə də ilk təcrübə kiıııi kitabı başa çatdırmağı qərara aldıq.

Bu kitabın birinci fəslində biz tədrisimizin obyekti olan german dillərinin ümumi mənzərəsini verməyə çalışdıq, bu dillərin elmi şəkildə öyrənilməsinə nə vaxtdan başlandığını, onlara qohum olan dillərlə genetik yaxınlığına sübut olan faktları, dilin nə demək olduğunu, bu dillərin misalları ilə açmağa cəhd göstərdik. İş orasındadır, bu dillərdə hansı problemə toxunsaq, o mütləq ümumi dilçilik işığında şərh olunmalıdır, zira ümumi dilçiliyin üzdə olan bütün problemləri olmasa da, əksəryyəti bu dillərin materialları əsasında formalaşaraq nəzəriyyə səviyyəsinə qalxmışdır. Bu gün linqvistikada məlum nəzəriyyələrin çoxu ya roman, ya da german dillərinin konkret dil materiallarına söykənir. Komparativistlər, gənc qrammatikçilər, sosial dilçilik cərəyanının nümayəndələri, psixolinqvistlər, funksionalistlər, strukturalistlər, deskriptivistlər, qlossematiklər və s. əldə etdiklərinin əksəriyyətini german dillərinin konkret tədqiqi nəticəsində qazanıblar. Odur ki, bu kitabı müəyyən mənada dilçiliyə giriş də adlandırmaq olar. Müəllif öz doğma türkcəsindən sonra german dillərindən almanı rus dililə birlikdə ikinci və üçüncü dili hesab edir, ingilisi sərbəst danışır, fransız dilindən lüğətlə istifadə edir, Azərbaycan dililə qohum olan Türkiyə türkcəsini tam başa düşür və digər bir neçə dildə ünsiyyətə girə bilir. Göründüyü kimi, bu dillər müəllifə çox yaxındır, ona görə də konkret dil materialını şərh etməkdə o subyektivizmə yol verə bilməzdi.
Beləliklə, obyekt kimi götürdüyümüz dillərin ümumi mənzərəsini verdikdən sonra biz ikinci fəsildə bu dillərin tədqiqi tarixinə nəzər salmağı üstün tutduq. Yalnız bundan sonra bu dillərin ayrı-ayrı aspektlərini müqayisəli və qarşılıqlı şəkildə şərh etməyə başladıq Leksikologiya, fonetika/fonologiya, morfologiya/morfe-matika və sintaksisə müvafiq olaraq fəsillər həsr edilmişdir.
Məqsədimizə necə nail olduğumuzu oxucularımız deyəcək, bizsə fürsəti əldən verməyərək xeyirxah və ciddi iradlar süyləyə-cək oxucularımıza bəri başdan öz minnətdarlığımızı bildirmək istərdik.
Bu kitabdakı qüsurları müəllifə çatdıran hər bir oxucu nə qədər çox tutarlı dəlil gətirsə, müəllif bir o qədər tez inanar və onları kitabın gələcək nəşrlərində, sözsüz, nəzərə alar.
Bu kitabın filologiya fakültələrinin tələbə, magistr və aspirantları, habelə çağdaş linqvistikanın bütün problemlərilə maraqlananlar üçün dəyərli mənbə olacağına inanırıq.