Bildiyimiz kimi kompüterdə saxlanılan infonnasiyalar kompüterin xarici yaddaş qurğularında fayl şəklində saxlanılır, fayllar isə axtarılması, asan olsun deyə müvafiq şəkildə qruplaşdırılaraq qovuqlarda saxlanılır. Məlumdur ki, xarici yaddaş qurğuları dedikdə elektron informasiya daşıyıcıları-bərk disklər, fləşkartlar, CD və DVD disklər, maqnit kartları və lentləri, şəbəkə daşıyıcıları-lokal şəbəkənin digər kompüterlərinin xarici yaddaşları və s. Nəzərdə tutulur. Kompüter istifadəçiləri bu qurğularda olan qovluq və fayllarla işləmək üçün-baxmaq, yaratmaq, silmək, köçürmək və s. Məqsədi ilə müxtəlif proqramlardan fayl menecerlərdən istifadə edirlər.
Bu struktura daxil olmaq və onu idarə etmək üçün istifadə edilən fayl menecer proqramlarından biri də Windows Explorer (Проводник (Bələdçi)) adlanan xüsusi proqramlarıdır. Windows bələdçi (Windows Explorer/Windows проводник) Windows sisteminin standart əlavələrindən biri olub fayl sistemində manupuyasiya işlərini icra etmək üçün istifadə edilir. Bu proqram fayllar, qovluqlar, nişanlar üzərində sadə əməliyyatları: saxlamaq, yaratmaq, silmək, adım dəyişmək, surətini (kopyasıbı) çıxarmaq, yerini dəyişmək və s. yerinə yetirmək üçün istifadə edilən proqramlardan biridir. Windows əməliyyat sisteminin əvvəlki versiyalarında Windows Bələdçisi (Windows Explorer (Windows Проводник)) proqramı onun tərkibində yalnız çox saylı tətbiqi proqramlardan biri idi, lakin zaman keçdikcə Windows təkmilləşdikcə, o əməliyyat sisteminin əsas “gövdəsinə” o qədər inteqrasiya etmişdir ki, bu gün biz onu artıq müstəqil alət, vasitə kimi qəbul etmirik.
Təqdim olunan vəsait iki hissədə ibarətdir. Nəzəri hissədə proqramın istifadəçi interfeysi və onun elementlərinin vəzifələri geniş izah edilmişdir. Məlumdur ki, proqramda müəyyən əmrlər (alətlər) bir neçə bölmədən istifadə edilə bilər. Məsələn Obyektlərin surətinin çıxarılması. Bu əməliyyat konteks menyudan (Сору), File menyusundan, Organize alətlər panelindən və klaviaturadan düymələr (klavişlər) kombinasiyası ilə (Ctrl+C) icra edilə bilər. Kitabda bu çür əməliyyatlar təkrarçılıq olmasın deyə bir dəfə nəzəri cəhətdən izah edilmişdir. Məsələn Сору (sürətin alınması) əmri “ORGANİZE” bölməsinin izahı zamanı geniş şərh edilmiş digər bölmələrdə həmin əməliyyatın izahı verilməmişdir.