KitabYurdu » Kitab » Dərslik » Sevda Rzayeva Atom Fizikası


Şeçilmişlər Sevda Rzayeva Atom Fizikası

Sevda Rzayeva Atom Fizikası PDF
ADI:
Atom Fizikası
REYTİNQ:
  • +126
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
9.04 MB
Dərs vəsaiti respublika universitetlərinin fizika fakültələrinin tələbələri üçün “Atom fizikası” fənni üzrə təklif olunmuş proqrama əsasən yazılmışdır. Dərslikdə atom fizikasının inkişafı tarixi xronoloji ardıcıllıqla şərh edilmiş, işığın və mikrohissəciklərin dalğa və kvant təbiətləri haqqında ətraflı məlumat verilmiş, atom fizikasının müxtəlif bölmələrini əhatə edən doqquz laboratoriya işinin yığcam nəzəri əsasları, işlərin həm virtual (multimediya), həm də real (əyani cihazlar) laboratoriyalar vasitəsilə yerinə yetirilməsi şərh olunmuşdur.
Atom fizikası müasir təbiət elmlərinin böyük sürətlə inkişaf edən qabaqcıl sahələrindən biridir. Atom fizikasından elmin bütün sahələrində geniş istifadə olunur. O, təbiətdə, kənd təsərrüfatında, kimya sənayesində, biologiya, arxeologiya və digər sahələrdə böyük nailiyyətlər əldə etməsində böyük rol oynayır. Tədris etmək üçün bu vaxta qədər çoxlu sayda dərs vəsaitləri çap olunmuşdur. Onların bəziləri atom fizikasının inkişafı nəticəsində meydana çıxan bir sıra yenilikləri nəzərə almaqla dəfələrlə yenidən nəşr edilmişdir. Lakin, təqdim edilən “Atom fizikasından audiovizual laboratoriya işləri” adlı dərslik Azərbaycanda ilk audiovizual kitab olduğuna görə ənənəvi dərsliklərdən əsaslı şəkildə fərqlənir.
Qeyd edək ki, Atom fizikasının proqramı üzrə hazırlanan bu dərslikdə müəllif tələbələrə Atom fizikasının tədrisinin həm nəzəriyyəsini, həm də praktiki işlərinin mövzularını daha dərindən dərk edilməsinə imkan verən video görüntülü materiallardan (multimediyadan) geniş istifadə etmişdir. Beləliklə, müəllif burada geniş oxucu auditoriyasını nəzərə alaraq kitabda aşağıdakı bəndləri əsas götürmüşdür:
I. Atom fizikası fənninin proqramı üzrə hər bir mövzunun nəzəri izahı verilmişdir.
II. Laboratoriya işlərinə uyğun virtual və real təcrübi qurğuların işləmə prinsipi və təcrübələrin gedişinin təsvirinə aid materiallara geniş yer ayrılmışdır.
III. Həm nəzəri hissələrin, həm də laboratoriya işlərinin mövzularını daha dərindən, praktiki əsaslarla, yəni görüntülər vasitəsilə asanlıqla dərk edilməsinə imkan verən video materiallardan (multimediyadan) geniş istifadə edilmişdir.
IV. Mövzular üzrə testlər və açıq suallar tərtib edilmişdir. Bu kitabda müəyyən hadisələrin şərhi zamanı nəzəri hissələrə geniş yer verilmiş, bəzi hallarda, mətnin ağırlaşmasına səbəb olsa da, düsturların çıxarılışı, müəyyən fiziki proseslərin riyazi hesablamalarının verilməsinin metodiki baxımdan vacib olduğu nəzərə alınmışdır. Kitabda, hər bir mövzunun video görüntülərlə verilməsi, təcrübələrin gedişinin təsvir edilməsi, sərbəst şəkildə virtual və real laboratoriya işlərinin aparılması və s. kimi məsələlər əsas yer tutmuşdur.
Bu dərslikdə doqquz laboratoriya işinin yığcam nəzəri əsasları, işlərin həm virtual (multimediya), həm də real (əyani cihazlar) laboratoriyalar vasitəsilə yerinə yetirilməsi və hesablama metodikası təsvir edilmişdir. Atom fizikası laboratoriya işlərinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, dərslik dörd fəsilə bölünmüşdür.