KitabYurdu » Kitab » Dərslik » Antiböhranlı idarəetmə


Şeçilmişlər Antiböhranlı idarəetmə

Antiböhranlı idarəetmə PDF
ADI:
Antiböhranlı idarəetmə
REYTİNQ:
  • +11
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.27 Mb
Antiböhranlı idarəetmə məhfumu yaxın vaxtlarda meydana gəlmişdir.Çoxları belə hesab edir ki, onun yaranmasına səbəb Sovet İttifaqının dağılması, Rusiya başda olmaqla keçmiş sovet respublikalarında iqtisadi islahatlar və bu ölkələrin tədricən böhranlı inkişaf zonasına daxil olmalarıdır. O zaman (xx əsrin 90-cı illərində) iqtisadçılar arasında kiçik bir qismi istisna edilməklə heç kim düşünmürdü ki, islahatların nəticəsi uzun müddətli böhrana gətirib çıxaracaqdır.Bu gün isə böyük əksəriyyət qəbul edir ki, yalnız yeni tip idarəetmə iqtisadiyyatı böhrandan çıxarmağa qadirdir.Məhz bu idarəetmənin adı antiböhranlı idarəetmədir. Ad bir tərəfdə qalsın, bu idarəetmənin məğzi böyük diskusiyalara səbəb olur.Bir çox ölkələrin inkişaf tarixi göstərir ki, böhran nə qədər dərin olursa-olsun, nə vaxtsa keçib gedəcək.Bu idarəetmə tipi müvəqqəti xarakterli olduğu üçün antiböhranlı idarəetməyə zərurət də aradan qalxacaq?Onda bu idarəetmə tipini öyrənməyə, elmi konsepsiya qurmağa, hətta ali təhsil sistemində bu yönümlü mütəxəssis hazırlamağa ehtiyac varmı? Ötən illər ərzində böhranların şıddətlənməsi səmərəli antiböhranlı idarəetmə sistemini yaratmağı zəruri şərt kimi qarşıya qoyur.Bu zamanın tələbi ilə yanaşı, həm də idarəetmə elminin inkişafı bizi bizi belə bir konsepsiya qurmağa vadar edir.Bu konsepsiyanın əsasında sosial tərəfdaşlıq, vaxta qənaət, motivləşdirmə, resurslardan səmərəli istifadə, idarəçilik və digər bu kimi vacib elementlər dayanır.Sadalananlar məcmu halında və hər biri hətta ən müvəffəqiyyətli idarəetmə də belə real böhran təhlükəsinin olduğundan xəbər verir. Böhran nədir, o niyə və nə zaman baş verir, onun quruluşu necədir- kimi suallar üzərində düşünsək, onda aydınlaşdıra bilərik ki, böhran qarşılıqlı əlaqəli çoxlu vəziyyətlərlə əlaqədardır.Bunun da nəticəsində mürəkkəblik və risk artır.Odur ki, onun dövri olaraq baş verməsi meylləri obyektiv qəbul edilməlidir. Böhranın uzaqlaşdırılması və profilaktikası, stabilləşdirilməsi, bir böhranın digəri ilə əvəz olunması və bütövlükdə böhranın qurtarması, heç də onun yaxın yaxud uzaq gələcəkdə təkrar olunması təhlükəsini aradan qaldırmır. Nəinki, iqtisadiyyat, hətta təbiət özü də dövri olaraq dəyişir, odur ki, böhran vəziyyətini yalnız iqtisadiyyatın inkişaf meylləri törətmir. İctimai təfəkkürün müxtəlif mərhələlərində böhranlara münasibət də müxtəlif olmuşdur.Belə bir fikir mövcud olmuşdur ki, ictimai inkişafda böhran təbiətdə baş verən hadisələrdən yaranır, digər yanaşmaya görə isə böhranı insanın özü, onun səhvləri, bilgisizliyi, inamsızlığı və düşüncə tərzi yaradır. Məlumdur ki, müasir idarəetmənin əsas təlabatı və onun səmərəliliyinin əsas amili yüksək peşakarlıqdır.Bu peşəkarlıq isə mütəxəssisin hazırlıq səviyyəsindən, gələcəyi görə bilmək qabiliyyətindən, baş verə biləcək hadisələri vaxtında hiss edərək problemləri müvəffəqiyyətlə həll edə bilmək bacarığından asılıdır.Məhz bu səbəbdən də müasir mərhələdə, menecerlərin hazırlanması prosesində xüsusi bir fənnin, Antiböhranlı idarəetmə fənninin tədris edilməsinə ehtiyac yaranmışdır. Bu dərs vəsaitində antiböhranlı idarəetmənin dövlətlə, iqtisadiyyatla, istehsalatla, müəssisə və insanla bağlı olan kompleks problemlərin əhatəsində öyrənilməsinə cəhd edilmişdir.Bu zaman böhranın yalnız mümkün miqyası deyil, həm də onun müxtəlif formaları, məzmunu, tələbləri və nəticələri diqqətdə saxlanılmışdır. Dünyanın inkişaf təcrübəsi göstərir ki, ümumi planlaşdırma nə qədər təkmil olsa da, böhran təhlükəsi yaradan təbiətdə baş verən prosesləri, insan həyatındakı təkmilləşmələri, maraqların dəyişməsini, insanlar arasındakı münasibətləri, resursların tükənməsini, dünya siyasi dəyişiklikləri və buna bənzər çoxlu hadisələri əvvəlcədən nəzərdə tutmaq mümkün deyildir. Dərs vəsaiti bilikləri ardıcıllıqla dərinləşdirən, onları artıran, konkretləşdirən, böhranların yaranması və həlli zamanı xüsusi əhəmiyyət kəsb edən halların məntiqi sxem üzrə qurulması və öyrənilməsinə həsr edilmişdir.