KitabYurdu » Kitab » Dərslik » Ali riyaziyyat (II hissə)


Şeçilmişlər Ali riyaziyyat (II hissə)

Ali riyaziyyat (II hissə) PDF
ADI:
Ali riyaziyyat (II hissə)
REYTİNQ:
  • +201
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
2.97 Mb
Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərsvəsaitinin II hissəsində matrislər, determinantlar, vektorlar cəbri, düz xətlər və müstəvilər, xətti fəzalar, təsadüfi hadisələr və onların paylanma funksiyaları, çoxölçülü funksiyanın xassələri, riyazi statistikanın və s. bu kimi məsələləri şərh olunmuşdur. Dərs vəsaitindən digər ali və orta məktəblərinin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.
Elmi texniki tərəqqinin müasir mərhələsində digər humanitar və texniki elmlərlə yanaşı Ali riyaziyyatın da rolu artmışdır. Bununla əlaqədar tələbələrdən möhkəm riyazi biliyə malik olma, riyaziyyatı müxtəlif məsələlərin həllinə tətbiq etmək bacarığı tələb olunur. Tələbələrin riyazi təfəkkürünü inkişaf etdirmək , qazandıqları riyazi bilikləri öz ixtisaslarına aid olan nəzəri və praktiki məsələlərin həllində tətbiq etmə və alınan nəticələri analiz etmə bacarığını inkişaf etdirmək üçün “Ali riyaziyyat” kursu mühüm əhəmiyyətə malikdir. Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış dərs vəsaitinin II hissəsində matrislər, determinantlar, determinantların hesablanması üçün Kramer və Qauss qaydaları, vektorlar cəbri, düz xətlər və müstəvilər, xətti fəzalar və çevirmələr, məxsusi və tərs çevirmələr, xətti çevirmənin matris şəkli, ortoqonal matrislər, qabarıq çoxluqlar və xətti bərabərsizliklər sistemi, təsadüfi hadisələr, hadisələr cəbri, ehtimal, sadə xassələri, şərti ehtimal, hadisələr, təsadüfi kəmiyyətlər, paylanma funksiyaları, xassələri, çoxölçülü funksiyanın xassələri, riyazi gözləmə, baş yığım və seçmə anlayışı şərh olunmuşdur. Dərs vəsaitindən iqtisadi yönümlü Universitetlərin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.