KitabYurdu » Kitab » Dərslik » Investisiya Fəaliyyətinin Təşkili


Şeçilmişlər Investisiya Fəaliyyətinin Təşkili

Investisiya Fəaliyyətinin Təşkili PDF
ADI:
Investisiya Fəaliyyətinin Təşkili
REYTİNQ:
  • +14
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.22 Mb
Azərbaycan iqtisadiyyatının inkişafı və yüksəlməsi əhəmiyyətli dərəcədə səmərəli investisiya fəaliyyətindən asılıdır. Uzunmüddətli dövrlərdə müəssisələrin səmərəli fəaliyyəti, onların yüksək inkişaf tempinin təminatı və rəqabət qabiliyyətinin yüksəldilməsi onların investisiya fəallığı və investisiya fəaliyyətinin diapazonu ilə təyin olunur. İnvestisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan kompleks məsələlər investisiya strategiyasının əsaslandırılması, məqsədli yönəldilmiş real investisiyalaşdı- rılma və balanslaşdırılmış maliyyə investisiyaları portfelinin formalaşdırılmasmda səmərəli istiqamətlərin seçilməsində nəzəri və praktiki vərdişlər sahəsində dərin biliklər tələb edir. Yaxın perspektivdə investisiya siyasəti sənaye və kənd təsərrüfat istehsalı, elm və texnika, nəqliyyat, xarici iqtisadi əlaqələr sahəsində bütün səviyyələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi, istehsalın texnoloji strukturunun yaxşılaşdırılması, yüksək emal səviyyəli məhsulların payının artırılması, iqtisadiyyatın infrastrukturunun inkişafı, əmtəə, əmək və kapitalın azad hərəkəti sisteminin genişlənməsi əsasında investisiya fəaliyyətinin inkişafına istiqamətləndirilməlidir. Dövlətin maliyyə resurslarının məhdud olmasını nəzərə alaraq, onlar yüksək səmərəli innovasi- yalı layihələrə, xarici bazarlara çıxmaq qabiliyyətli məhsulların yaradılmasına, tez ödənilən, dayanıqlı, effektli, istehsalı stimullaşdıran layihələrin himayəsinə yönəldilməlidir. Qeyd etmək lazımdır ki, son illərdə investisiya layihələrinin maliyyələşdirilməsi daha çox qeyri-mərkəzləşdirilmiş mənbələr, daha az büdcə və büdcədənkənar vəsaitlər hesabına aparılır. Bazar iqtisadiyyatına keçid dövründə milli kapitalın yığımı xalq təsərrüfatının dövlət və özəl bölmələrinin qarşılıqlı əlaqəsi əsasında həyata keçirilmişdir. Mərkəzləşdirilmiş investisiya resursları əsasən özəl ölkə və xarici investisiyaların stimullaşdırılmasına istifadə edilərək, sosial və istehsal infrastrukturun lazımi inkişafını təmin etmişdir. Bu halda layihələrin birbaşa maliyyə himayəsi ilə yanaşı, dövlət müvafiq qanunvericilik və nonuativ aktların qəbulu və onlara düzəlişlər etmək yolu ilə investisiyalar üçün əlverişli investisiya mühitini təmin etmişdir. İnvestisiya layihələrinin maliyyələşdirilməsi çərçivəsində dövlət tənzimlənməsinin aparılması ilə həyata keçirilmiş ayrı-ayrı investorlara müəyyən güzəştlər edilmişdir. Müəssisələrin idarə edilməsinin investisiya fəaliyyəti funksional sistemi ilə həll olunan məsələlərin dairəsi kifayət dərəcədə genişdir. Çünki, investisiya qərarları müəssisələrin bütün əsas fəaliyyət növləri və onun həyat dövrü ilə sıx bağlıdır. İnvestisiya fəaliyyəti müəssisənin missiyası və strategiyasının realizə olunmasına yönəldilmiş, onun perspektiv təşkilatı strukturu və investisiya mədəniyyətini formalaşdırır. Son illərdə bu iqtisadi biliklər istiqaməti çox dinamik inkişaf edir. Əlverişli investisiya mühitinin formalaşması, investisiya bazarının seqmentləşdirilməsinin dərinləşməsi, investisiya əmtəələri və texnologiyalarının genişlənməsi, eləcə də müəssisələrin in- vestişiya imkanlarının artması investisiya menecerlərinə strateji və operativ investisiya qərarları qəbul etmək üçün geniş fəaliyyət sahəsi təqdim edir. Bazar şəraitində investisiya fəaliyyətinin müasir prinsiplərini, mexanizmlərini və metodlarını bilmək və onlardan praktiki istifadə etmək müəssisələrin keyfiyyətcə yeni iqtisadi inkişaf mərhələsinə keçməsinə imkan yaradacaqdır. Bazar münasibətlərinin və təsərrüfatçılıq metodlarının inkişafı, müəssisələrin investisiya fəallığının artırılmasını tələb edir. Ona görə də dövlət maliyyələşdirilməsi ilə yanaşı, dövlət və özəl bölmə müəssisələrinin xüsusi vəsaitləri investisiyaların mühüm mənbəyinə çevrilməlidir. Maliyyə alətləri investisiyaların ölkə iqtisadiyyatına yönəldilməsi probleminin həllini stimullaşdırma lıdır. Bu isə ən çox qiymətli kağızlar bazarının yaradılmasından asılıdır. Onun inkişafı isə inflyasiya proseslərinin qarşısının alınması və istehsalın stabilləşdirilməsi halında mümkündür. Bütün yuxarıda qeyd olunanlan nəzərə alaraq “İnvestisiya fəaliyyətinin təşkili” fənnində investisiyanın iqtisadi mahiyyəti və təsnifatı, əsash tikintinin investisiya prosesində rolu, investisiyaların idarə edilməsinin əsasları, müəssisənin investisiya strategiyası, real və maliyyə investisiyalarının idarə edilməsinin əsasları geniş şərh olunmuşdur. Dərslikdə investisiya layihələrinin təsnifatı, tərtibinə tələblər, iqtisadi səmərəliliyi və realizə olunmasının idarə edilməsi məsələlərinə xüsusi diqqət verilmişdir. Dərsliyin tərtibində müəssisələrin investisiya strategiyası, real və maliyyə investisiyalarının idarə edilməsi, maliyyə resurslarının formalaşması məsələlərinin işlənməsində ölkə və xarici ölkələrin müasir dövrdə təcrübələrindən, mövcud iqtisadi ədəbiyyatlardan geniş istifadə olunmuşdur. Dərslik müvafiq kursun tələbələri tərəfindən dərindən mənimsənilməsinə kömək göstərəcəkdir.