Monoqrafiyada gömrük-tarif tənzimlənməsinin anlayışı, gömrük ödəmələrinin maliyyə-hüquqi tənzimlənməsi, habelə Azərbaycan Respublikasının gömrük-tarif siyasətinin əsas istiqamətlərinin hüquqi tənzimlənməsinin nəzəri və təcrübi məsələləri ətraflı şəkildə tədqiq olunmuşdur. Monoqrafiyadan hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorant və dissertantlar, habelə maliyyə hüququ ilə maraqlanan geniş oxucu kütləsi bəhrələnə bilərlər.
Özünü hüquqi vo demokratik dövlət kimi elan etmiş respublikamızda həyata keçirilən irimiqyaslı islahatlar nətieəsində cəmiyyət həyatının bütün sahələrində əsaslı uğurlar əldə edilməkdədir. Ona görə ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən respublikamızın ictimai və siyasi həyatının bütün sahələrində başlanmış islahatlar hazırda möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə həyata keçirilən ən mühüm islahatlardan biri olan hüquqi islahatlar nəticəsində cəmiyyətdə mövcud olan ictimai münasibətləri tənzimləyən və respublikamız tərəfindən ratifikasiya edilmiş beynəlxalq-hüquqi aktlara uyğun olaraq yeni qanunvericilik aktları qəbul edilmiş, o cümlədən mövcud qanunvericilik aktları beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilmişdir. Bütün bunlar təbii ki, respublikamızda hüquqi dövlət quruculuğunun müvəffəqiyyətlə davam etdirildiyini sübut edir. Göründüyü kimi aparılan hüquqi islahatlar cəmiyyətdə mövcud ictimai münasibətləri tənzimləyən normativ-hüquqi bazanın, o cümlədən gömrük-tarif qanunvericiliyinin təkmilləşdirilməsinə təsir göstərmişdir. Hazırkı inkişaf dövründə hüquqi islahatların uğurla həyata keçirilməsi ilk növbədə cəmiyyətdə mövcud olan müxtəlif münasibətlər üzrə, əsasən də gömrük-tarif münasibətlərinin tənzimlənməsi üzrə ən aktual və konseptual xarakter daşıyan problemlərin elmi cəhətdən kompleks şəkildə tədqiq edilməsi zərurətini yaradır. Ona görə ki, respublikamızın iqtisadi sistemindo gömrük-tarif müna- sibotlori mühüm yer tutmaqla milli iqtisadiyyatın inkişafında osas vasitəlordon biri kimi çıxış edir. Milli iqtisadiyyatın inkişafı iso göm- mk münasibətlərinin mühüm yer tutduğu xarici iqtisadi fəaliyyətlə bilavasitə bağlıdır. Gömrük fəaliyyəti dövlətin elə bir fəaliyyət sahəsidir ki, onun tənzimlənməsi zamanı xarici dövlətlərin gömrük. qanunvericiliyi, gömrük sahəsində beynəlxalq hüquqi aktlar, bütövlükdə gömrük siyasətinin inkişaf meylləri nəzərə alınmalıdır. Ona görə ki, dövlətin gömrük fəaliyyəti istər onun xarici ticarət əlaqələrinin, istərsə də daxili iqtisadiyyatının tənzimlənməsində ən əhəmiyyətli təsir vasitələrindən biridir. Odur ki, gömrük siyasətinin düzgün qurulması, dövlətin gömrük-tarif fəaliyyətinin hüquqi və siyasi mənada düzgün tənzimlənməsi istənilən dövlət üçün xarakterik olan mühüm məsələdir. Bu baxımdan müstəqil dövlətimiz öz gömrük qanunvericiliyini yaradarkən bu kimi amilləri, o cümlədən dövlətin və yerli istehsalçıların maraqlarını nəzərə almaqla beynəlxalq səviyyədə ümumqəbul olunmuş qaydaları da diqqətdən qaçınnamalı- dır. Müasir dövrdə artıq mürəldcəb təsisat olan gömrük münasibətləri həm iqtisadi münasibətlərin elementi, həm də beynəlxalq iqtisadi münasibətlərin inkişafında və əlaqələndirilməsində mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlət quruculuğunun inamla həyata keçirildiyi və yüksək iqtisadi inkişafın təmin edildiyi müasir dövr gömrük-tarif tənzimlənməsinin maliyyə-hüquqi aspektləri ilə bağlı konseptual xarakterli ayrı-ayrı problemlərinin tədqiq edilməsi zərurətini yaradır və hazırda maliyyə hüquq elmində bu məsələ üzrə kompleks xarak- terli tədqiqatlar mühüm əhəmiyyət kəsb edir.