Dərslik maliyyə bazarlarının müasir strukturu və inkişaf xüsusiyyətləri haqqında tam təsəvvür yaradır və onu bu sahədə sanballı mənbə hesab etmək olar. Burada maliyyə bazarları problemlərinin öyrənilməsi üçün zəruri olan bütün məlumatlar öz əksini tapmışdır. Kitabda maliyyə bazarlarının bütün əsas növləri araşdırılır, onların xüsusiyyətləri, funksiyaları və rolu təhlil edilir, təcrübə və nəzəriyyənin vəhdəti təmin edilir, bu sahədə klassik elmi dünya baxışları inkişafın müasir və artan meyilləri ilə əlaqələndirilir. Dərslik maliyyə bazarları sferasının müasir inkişaf problemlərinin görünən tərəflərini tam əks etdirir. Burada həm də beynəlxalq maliyyə bazarlarının müa.sir inkişaf səviyyəsi üçün səciyyəvi olan meyillər müəyyən edilir. Dəndikdə materiallar ardıcıllıqla, peşəkar səviyyədə şərh edilir. Oxuculara təqdim olunan dərsliyin nəşrinin “Azərbaycan Re.ıpublikasınm Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral 20l6-cı il tarixi Fərmanı ilə üst-üstə düşməsi mövzunun son dərəcədə aktual olmasından xəbər verir. Dərslik “Maliyyə ” ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələr, həmçinin doktorantlar, müəllimlər, maliyyə menecerləri və digər mütəxəssislər üçün nəzərdə tutulur.
Bazar münasibətləri şəraitində maliyyə resurslarının fasiləsiz olaraq ölkə iqtisadiyyatına cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan daxili və xarici resursların iqtisadi inkişafa yönəldilməsini təmin edən maliyyə bazarlarının mövcudluğu zərurətə çevrilmişdir. Belə ki, müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm makroiqtisadi və həm də mikroiqtisadi səviyyədə maliyyə resursları ilə təmin edilmədə mühüm rol oynayır. Deməli, ölkə iqtisadiyyatının inkişafı maliyyə bazarları olmadan mümkün deyildir. Maliyyə bazarları pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və üsulu olub, maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur. Maliyyə bazarlarının yaranması obyektiv xarakter daşıyır və onlar dövlətin, eləcə də müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin fasiləsiz fəaliyyəti nəticəsində daha da inkişaf etmişdir. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, dövlətlə müəssisələrin qarşılıqlı fəaliyyəti də maliyyə bazarına öz təsirini göstərmişdir. Maliyyə bazarlarının yaranmasının zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının çatışmazlığı özünü büruzə verir. Bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin edilməsinin mühüm forması kimi maliyyə bazarı çıxış edir. Beləliklə, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır. Maliyyə bazarları elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarları pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölgüsünü təmin edən - bazarlarıdır. Maliyyə bazarlarının məqsədi-pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir. Ümumiyyətlə, iqtisadiyyatın inkişafında maliyyə bazarlarının əhəmiyyəti əvəzsizdir. Araşdımıalar göstərir ki, son illərdə maliyyə bazarlarının miqyasının, qarşılıqlı əlaqələrin möhkəmlənməsi və rolunun güclənməsi prosesi gedir. Maliyyə bazarlarının qloballaşması, onların intensiv inkişafı və institusional strukturunun dəyişilməsi xeyli dərəcədə nəinki ölkənin və habelə bütöv regionun təsərrüfat həyatına müsbət təsir göstərir. Bu zaman pul axınlannın yenidən bölüşdürülməsi mexanizmi qismində kapital bazarının rolu daha böyük əhəmiyyət kəsb edir. Yeni maliyyə alətləri meydana gəlir. Kapital axınının miqyaslılığı gələcəkdə tədavül sferasının təkrar istehsaldan fərdiləşməsində öz əksini tapır. Maliyyə bazarlarının tərkib hissələrində nəzərəçarpacaq dərəcədə struktur dəyişiklikləri, onların getdikcə daha çox çuğlaş- ması və qarşılıqlı tamamlanması baş verir.