Dərs vəsaitinin məzmunu “Gömrük işinin təşkili” fənni üzrə ali ixtisas təhsili dövlət standartlanna tam cavab verir. Burada bütün gömrük prosedurları və gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti, mal və nəqliyyat vasitilərinin gömrük sərhəddindən keçirilməsinin əsas prinsipləri, gömrük tariflərinin həyata keçirilməsi mosololərinə xüsusi fikir verilmişdir. Gömrük siyasəti və onun istiqamətləri, gömrük sisteminin hüquq mühafizə fəaliyyəti, gömrük valyuta nəzarəti, gömrük statistikası, gömrük orqanlarının idarə edilməsinin əsasları təhlil edilmişdir. Müəlliflər tərəfindən seçilmiş şərh edilmə forması mühazirə zamanı kursun materialının tez mənimsənilməsinə, biliklərinin sistemləşdirilmə- sinə, imtahan və məqbulların müvəffəqiyyətlə verilməsinə imkan verəcəkdir. Dərs vəsaiti iqtisadiyönümlü ixtisaslar üzrə təhsil alan “Gömrük işinin təşkili” fənnini öyrənən tələbələr, magistr, ali məktəb müəllimləri və doktorantları üçün nəzərdə tutulmuşdur.
Dünya iqtisadiyyatının inkişafı gedişində ixrac-idxal axını proseslərinə dövlətin müxtəlif təsir vasitələri lazımı qədər işlənib hazirlanmısdır. Bunlann çox hissəsi dünyanın sivil ölkələrində istifadə olunur. Şübhəsiz ki, bu vasitələrə ilk növbədə ixrac-idxal gömrük tariflərində istifadə edilən xarici ticarət fəaliyyətinin gömrük tarif metodlan aiddir. Mövcud olan tarif tənzimlənməsi aktiv məqsədli gömrük siyasətinin apan İması mexanizminə səmərəli təsir göstərir, bu da idxal-ixrac mal axınlannm həcminin, strukturunun yaxşı laşdınlmasına, ölkə istehsalçılarının xarici ticarət əməliyyatlarının nəticələrinin yüksəlməsinə yardım edir. Bununla əlaqədar iqtisad profilli təhsil alan tələbələrin çoxunun öyrəndiyi tədris tbnnlərindən biri olan gömrük işi böyük elmi və praktiki əhəmiyyətə malikdir. Onun öyrənilməsi gələcək mütəxəssislərə geniş kompleks biliklər, bacarıq və vərdişlərə yiyələnməyə, xarici iqtisadi fəaliyyət sahəsində peşəkar davranış göstərməyə imkan verəcəkdir. Mövcüd fənnin öyrənilməsinin məqsədi tələbələr tərəfindən gömrük tarif tənzimlənməsi işinin nəzəri və təcrübi əsaslannı, Azərbaycan Respublikasında gömrük sərhəddindən mal və nəqliyyat vasitələrin keçirilməsinin səmərəli metod və tərzlərini mənimsəməkdən və eyni zamanda gömrük işi sahəsində gömrük ödəmələri üzrə biliklərin sistemləşdirilməsindən, dərinləşdirilməsindən ibarətdir. “Gömrük işinin təşkili” fənninin əsas məsələləri aşağıdakılardır; - Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətin gömrük tarif tənzimlənməsi sisteminin yaranması nəzəriyyəsi və praktikası ilə tanışlıq; - gömrük orqanlarının strukturu onların məqsədi və funksiyaları; - gömrük prosedur və siyasətinin həyata keçirilməsi ilə tanışlıq; - gömrük infraskrukturu, onun iştirakçılarının tərkibinə və funksiyalanna, həmçinin şəhadətnamə alınması üçün reyestrə düşmək qaydalarına nəzər salmaq; - Azərbaycan Respublikasında gömrük sərhəddindən mal və nəqliyyat vasitələrinin keçirilməsinin əsas prinsiplərinin mənimsənilməsi; - idxal və ixrac mallarından alınan gömrük ödəmələrinin növ tərkibini; - onların ödənilmə qaydasını, gömrük ödəmələrinin alınma qaydalarını öyrənmək; - malların mənşə ölkəsinin müəyyən edilməsi mexanizimini tədqiq etmək; - idxal və ixrac mallarının gömrük dəyərlərinin təyin edilmə metodlanm öyrənmək; - müxtəlif gömrük prosedurları zamanı gömrük ödənişlərinin alınması qaydalarının öyrənilməsi; - gömrük orqanları sistemində gömrük valyuta nəzarətinin aparılmasının rolunu, idxal-ixrac əməliyyatlarında valyuta nəzarətinin apanimasmı öyrənmək; - gömrük prosedurlan, onlann məzmunu, məqsədi və gömrük sistemindəki əhəmiyyətini öyrənmək; - Azərbaycan Respublikasında gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılması qaydalarının mənimsinəlməsi. Qoyulmuş məsələlərə uyğun olaraq bu fənn, xarici ticarət əməliyyatlanmn dövlət tənzimlənməsi sistemində, kommersiya, makroiqtisadiyyat xarici ticarət əməliyyatlarının təşldli və texnikasına, xarici iqtisadi fəaliyyətin ümümi iqtisadi və xüsusi biliklərinə istinad edir. Dərs vəsaitində seminar dərslərində müzakirə edilmək üçün özünü yoxlama sualları verilir. Bu suallar kitabda göstərilən məsləhət olunan hüquqi normativ aktların dərindən mənimsənilməsinə yardım etməklə “Gömrük işi” kursu sahəsində Azərbaycan Respublikasında gömrük qanunvericiliyinə uyğun bütün kateqoriya və anlayışlan izah edir. Dərs vəsaiti mövcud kurs üzrə, hazırlanmış tədris proqramı əsasında yazılmışdır. Dərs vəsaiti 15 mövzudan ibarət olmaqla məntiqi ardıcıllıqla şərh olunmuşdur.